“İdman müharibənin başqa forması, onun davamıdır”x9d

Hazırda oxunan: “İdman müharibənin başqa forması, onun davamıdır”x9d

81769

I Avropa Oyunlarının Bakıda keçirilməsini və ermənilərin bu yarışlara dəvət edilməsi ilk gündən rəsmi Bakının Ermənistana mesajı kimi qiymətləndirilirdi. Maraqlıdır, erməni idmançısının Bakıda ”“ Azərbaycanın paytaxtında azərbaycanlı idmançını məğlub etməsi necə, Ermənistanın Azərbaycana mesajı hesab edilə bilərmi?

Bununla bağlı Moderator.az-a açıqlama verən QAT sədri Akif Nağı Azərbaycanın bu məsələdə ciddi yanlışlığa yol verdiyinə diqqət çəkdi:

“Azərbaycan nə qədər istəyir Ermənistana, Rusiyaya, Qərbə mesaj göndərə bilər. Bu vaxta qədər Azərbaycan çoxlu mesajlar göndərib. Torpaqları işğal altında olsa da, Azərbaycan buna dözür, danışıq aparır. Bunun özü də bir mesajdır. Ermənilərin Azərbaycanda keçirilən tədbirə dəvət edilməsinin özü də mesajdır. Ermənilərə hər cür şərait yaratması, qoruması da bir mesajdır. Təəssüf ki, göndərilən bu mesajları qəbul edən yoxdur. bB mesajları heç bir dövlət, eləcə də Ermənistan və Rusiya qəbul eləmir. Azərbaycanı maymaq, hansısa təsirlərin altına düşən bir ölkə kimi qəbul edirlər. Bizi narahat edən budur. Bu cür mesajların heç bir əhəmiyyəti yoxdur. Erməniləri nə dəvət etmək, nə də təhüılkəsizliyinin qayğısına qalmaq lazım idi. Bu məsələdə yanlış mövqe tutdular.

Istər idman oyunu, istərsə də digər bir mübarizə vasitəsi olsun, əgər düşmən ölkənin təmsilçisi ilə qarşılaşmısansa, çalışıb qalib gəlməlisən. Bu, müharibənin bir forması, onun davamıdır. Müharibənbin başqa vasitələrlə davamıdır. Çünki biz hələ də Ermənistanla müharibə şəraitindəyik”x9d.

 

 Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin