İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa Birliyi yanındakı səfiri Arif Məmmədov Azərbaycan müxalifətinin siyasi mühacirətdəki nümayəndələri ilə görüşərək fəal məsləhətləşmələr aparıb.
Məlumata görə, görüş Brüsseldə olub.
Səfir gizli “Yeni Fikir”x9d Hərəkatının keçmiş sədr müavini, siyasi mühacir, ABŞ xüsusi xidmət orqanları ilə əlaqələrdə şübhəli bilinən Səid Nuri, “Azadlıq”x9d qəzetinin Avropadakı müxbiri, siyasi mühacir Fikrət Hüseynli və müxalifətçi Rəşad Sadıqovla bir araya gəlib.
Xatırladaq ki, İƏT-in Avropa Birliyi yanındakı səfiri Arif Məmmədov bir müddət öncə facebook sosial şəbəkəsində müxalif statuslarla çıxış etmiş və onun həmin statusları, artıq vəzifədən çıxarılmış bir neçə diplomat tərəfindən bəyənilmişdi.
Çingiz Əsgərov
































































































