Azərbaycan Kommunistləri Və Sosialistləri bəyanat yaydı

Hazırda oxunan: Azərbaycan Kommunistləri Və Sosialistləri bəyanat yaydı

80963
Moderator.az Azərbaycan Kommunistləri Və Sosialistlərinin bəyanatını təqdim edir:

"Avropa oyunlarının başlanmasına az vaxt qalmışdır. Bu oyunların ilk dəfə olaraq bizim ölkədə keçirilməsi hər bir Azərbaycan vətəndaşının fəxr duyduğu bir hadisədir. Avropa Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə və Azərbaycan idmançılarının orada yüksək nəticələr əldə edəcəklərinə inanırıq. 
Lakin özlərini “demokratik müxalifət”x9d adlandıran siyasətbazların bu oyunları boykot etməyə çağırışları bir daha onu göstərir ki. onlar Azərbaycana və Azərbaycan xalqına yox, Qərbdəki ağalarına xidmət edir, onların sifarişlərini yerinə yetirirlər. Bu cür hərəkətləri səciyyələndirmək heç də çətin iş deyil. Sırf şəxsi maraqlarını önə çəkərək xalqın mənafeyini satanların bir adı var - XAİNLƏR! 
Azərbaycan kommunistləri və sosialistləri olaraq, biz Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində xidməti olan hər kəsə minnətdarlığımızı bildiririk və idmançılarımıza yüksək nəticələr arzu edirik!

Azərbaycan Kommunist partiyası Mərkəzi komitəsinin sədri 
Gülnisə Məhsimova 

Azərbaycan Mütərəqqi Sosialist partiyasının sədri 
Rüstəm Şahsuvarov "
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin