“Psixoqamma”x9d praktik psixologiya üzrə resurs mərkəzinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı Moderator.az-a açıqlamasında Saray bələdiyyəsinin sədri və onun həyat yoldaşının öldürülməsindən təəssüfünü bildirib və yaxın gələcəkdə bu cür halların baş vermə ehtimalının yüksək olduğuna diqqət çəkib:
“Azərbaycanda baş verənlər hər
şeydən əvvəl vətəndaş kimi məni çox narahat edir. Neçə
müddətdir ki, sosial şəbəkədə 20 il ərzində ölkədə aparılan siyasətin artıq
"bumenanq effekti" yaratdığını, əksər sahələrdə bunun izlərinin
göründüyünü yazıram. "Bumenanq effekti" həyatımızın bütün sahələrində
görünməkdədir. Saray qəsəbəsində baş verən hadisəni idarəetmədə qanun
pozuntularına göz yumulmasının, vətəndaşların hüquqlarının kobud şəkildə
pozulmasının nəticəsi hesab edirəm. Bir çoxları vəzifədə oturanda həmin vəzifəyə
aid olan səlahiyyətlərə atasından qalmış miras kimi yanaşırlar. Ya da onu həmin
vəzifəyə "təyin edənlərin" buyruq qulu kimi hərəkət edirlər. Bu hadisənin
başlıca səbəbi - maraqların toqquşmasıdır. Nəticədə valideynlərlə bərabər
övladlar da bədbəxt oldular. Şübhəsiz ki, məhkəmələrdə bilavasitə bu hadisəni
törədənlər mühakimə olunacaqlar. Bəs qətlə yetirilənlərə belə geniş
"hüquqlar" verənlər, imkan yaradanlar? Onlar Azərbaycanda minlərlədir.
Məgər onları təhlükə gözləmir? İndi ölkədə ən böyük təhlükəyə məruz qala biləcək
şəxslər qanun pozuntularına yol verən şəxslərdir. Ölkədə qanunla işləmədiyindən
hər kəs üzləşdiyi problemi öz qanunları ilə həll etməyi çalışır. Kimi ağlı
hansı yolu seçir....göz qabağındadır”x9d.
Seymur
Əliyev


































































































