Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Qılıncdaroğlunu məhkəməyə verib. Maraqlıdır, dünyanın bir çox ölkələrində, eləcə də qardaş Türkiyədə prezidentin müxalifət liderləri, müxalifət liderlərinin isə prezidenti məhkəməyə verməsi hallarına təsadüf edilsə də, Azərbaycanda belə bir hal hələ ki, baş vermiş deyil.
Azərbaycan
prezidentinin iqtidar tərəfindən zaman-zaman anti-milli ünsür kimi dəyərləndirilən
müxalifət liderlərini məhkəməyə verməməsi nə ilə bağlıdır? Bu, ölkə başçısının
hədsiz humanizm və demokratikliyinin, yoxsa müxalifəti heçə saymasının göstəricisidir?
Moderator.az-a açıqlama verən ADR funksioneri Səxavət
Əlisoy Azərbaycanın müxalifət liderlərinin özləri haqqında qeyri-ciddi insan təsəvvürü
yaratdığına diqqət çəkdi:
“Yalan Azərbaycanda
mentalitetin əsas elementlərindən biridir. Adamlar əsla utanıb qızarmadan yalan
danışır, bundan zövq alırlar. Cəmiyyətin yalana vurğunluğunun kökləri çox dərindir
və bu naqislikdən xilas olmaq üçün bəlkə də yüz il lazım gələcək. Bu gün Azərbaycanda
yalan tirajlamayan müxalifət qəzeti yoxdur. 10 üzvü belə olmayan partiya sədri
10 min üzvü olduğunu deyir. Saatlarla, günlərlə o “lider”x9dlər partiya üzvlərinə
yalandan nağıllar danışır. Azərbaycanda ictimai rəyə kimsə önəm vermədiyindən
elementar tərbiyədən belə uzaq olanlar ağızlarına gələni izhar edir. Qərb
dünyasında ictimai rəyə xüsusi önəm verildiyi üçün hər bir siyasətçi
danışığına, davranışına diqqət etmək zorundadır. Türkiyədə Ərtdoğanın müxalifət
partiya sədrini məhkəməyə verməsi və ya Ərdoğanın özünün məhkəməyə verilməsi, həm
müxalifətin, həm də iqtidarın demokratiyaya verdiyi dəyərdir. Azərbaycanda
müxalifət liderlərinin böyük əksəriyyəti qeyri-ciddi adamlar olduğu üçün nə
danışdıqlarının fərqində deyillər və belə bir durumda onların ittihamlarına, təkliflərinə,
iradlarına nəinki ölkə rəhbəri, heç sıravi vətəndaş belə önəm vermir”x9d.
Seymur
Əliyev
































































































