“Doğrudanmı bu məmləkətdə bir nəfər dəliqanlı tapılmadı ki...”x9d

Hazırda oxunan: “Doğrudanmı bu məmləkətdə bir nəfər dəliqanlı tapılmadı ki...”x9d

80255
Moderator.az xəbər verir ki, milət vəkili Fazil Mustafa cəmiyyətdə son günlərin mübahisə predmetinə çevrilmiş məsələyə yenidən işıq salıb:

"Məmmədəmin Rəsulzadənin Gəncədəki büstünə qarşı sayğısızlıq barədə xeyli danışıldı, yazıldı. İcra başçısı bu yerin onların balansında olmadığını birmənalı şəkildə bəyan etdi. Bu məsələni parlamentdə qaldırsam da problemin gündəmdə saxlanmasına o qədər də həvəsli və israrlı olmadığımı söyləyə bilərəm. Səbəblərdən birini deyə bilərəm: xalqımızın, cəmiyyətimizin, ayrıca insanımızın dəyər hesab etdiyimiz, ümumi sayğı duyduğumuzu iddia etdiyimiz şəxsiyyətlərə, hadisələrə qarşı xaraktersiz, duyarsız davranması hər zaman adamı düşündürür. Tutaq ki, bir gözdən uzaq parkda kimsə illərdir təmir adı ilə Rəsulzadənin büstünü çuvalla gizlədib. Doğrudanmı bu məmləkətdə bir nəfər dəliqanlı tapılmadı ki, heç gündüz demirəm, gecənin bir qaranlığında gedib o çuvalı çıxarıb atsın və bu hərəkətin yolverilməz olduğunu bu minvalla hansısa qanmaza çatdırsın? Buna görə heç inzibati məsuliyyət də düşmür, hətta işdir polis tutub eləsə, cibinə ölkə prezidentinin Məmmədəmin Rəsulzadənin 130 illiyinin qeyd olunması və onun xatirəsinə ehtiramı əks etdirən sərəncamının surətini qoysun və göstərsin ki, bu böyük liderin büstünə qarşı belə bir sayğısız davranış yolverilməzdir. Bəzən dəyərləri cəmiyyət və ayrıca fərdlər özləri qorumağa təşəbbüs göstərməyəndə, bizlərin də söylədikləri təsəllidən başqa bir işə yaramır."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin