Tanınmış ziyalının məhkəməsi təxirə salındı

Hazırda oxunan: Tanınmış ziyalının məhkəməsi təxirə salındı

79946

Bu gün Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, tanınmış ziyalı Eldəniz Quliyevin müraciəti əsasında keçirilən məhkəmə prosesi (//moderator.az/index.php?xeber=79886 ) 8 iyun tarixinə qədər təxirə salınıb. Bu barədə Moderator.az-a E.Quliyevin özü məlumat verib.

E.Quliyevin sözlərinə görə, məhkəmə həmin tarixə qədər kəsilən cərimənin ödənilməsini də əsas tələb kimi irəli sürüb:

“Məhkəmə 8 iyuna qədər təxirə salındı. Bu müddət ərzində mən bəzi sənədləri məhkəməyə təqdim etməliyəm. Sağlamlıq durumumla bağlı həkim rəyi və yaş senzi ilə əlaqədar pensiyaya çıxmağım haqda arayışı da məhkəməyə vermək tələb olunur. Təbii ki, bu müddətə qədər həm də pul cəriməsini tam ödəməliyəm. Bundan əlavə, bir gün də olsun, 480 saat icbari işdən qalmağa ixtiyarım yoxdur”x9d.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin