Azərbaycanlı oliqarx tanker alır -Açıqlama

Hazırda oxunan: Azərbaycanlı oliqarx tanker alır -Açıqlama

79247
Rusiyanın MNP şirkətlər qrupu (“Dəniz və neftqaz layihələri”x9d) azərbaycanlı iş adamı, xa0 “İSR”x9d şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilova metanoldaşıyan tanker satmaq barədə razılığa gəlib.

Bu barədə xa0MNP şirkətlər qrupunun xa0Mətbuat Xidməti məlumat yayıb. xa0Tanker alınması barədə razılaşma mayın 21-22-də Bakıda keçirilən “Argus Neftetransport-2015”x9d beynəlxalq konfransı zamanı əldə olunub.

“Krasnoye Sormovo”x9d zavodu MNP şirkətlər qrupunun tərkibinə daxildir.xa0

Konfransın kuluarlarında MNP şirkətinin nümayəndələri ilə “İSR”x9d şirkətlər qrupuna daxil olan “İSR Trans”x9d şirkətinin idarə heyətinin rəhbəri, İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovla RST27 layihəsi əsasında metanoldaşıyan tankerin inşasına dair prinsipial razılaşma əldə olunub. Danışıqlarda “Krasnoye Sormovo”x9d zavodunun direktoru Nikolay Jarkov da iştirak edib.

“İSR Trans”x9d şirkəti Rusiya və MDB respublikaları ərazisində yükdaşıma və loqistika fəaliyyətləri, o cümlədən neft və neft məhsullarının, kimyəvi maddələrin daşınması ilə məşğul olur.

MNP şirkətlər qrupu bildirib ki, beləliklə "ISR Trans"ın sifarişi ilə Rusiyada ilk metanol daşıyan tanker inşa ediləcək.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin