“Türmə Hacıbala Abutalıbov üçün çoxdan ağlayır”x9d

Hazırda oxunan: “Türmə Hacıbala Abutalıbov üçün çoxdan ağlayır”x9d

79067

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dəyəri 5-10 milyon manat məbləğində olan 42 villanın söküləcəyini bildirib. Mer bildirib ki, bu villalar xalqın pulu ilə tikilib, çünki onları sadə vətəndaşların halal qazanc yolu ilə tikməsi mümkünsüzdür.

Bəzi ictimai-siyasi xadimlər, hüquqşünaslar  isə hesab edir ki, xalqın pulu ilə tikilən bu villaların sökülməsi deyil, xalqa qatarılması, dövlətin balansına keçirilməsi daha məntiqli olardı. Bundan başqa, onların bəzisi Bakı ŞİH-nin başçısı kimi H.Abutalıbovun da cəzalandırılmasının vacibliyi qənaətindədirlər.

Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlamasında məsələyə münasibət bildirən hüquqşünas Əyyub Kərimov H.Abutalıbovun həbs edilməsinin zəruriliyinə toxunub:

“Hesab edirəm ki, şəhər meri prezidentin keçirdiyi tədbirdə dərhal həbs olunmalı idi. Bütün cinayətlərin başında bu adam dayanır. Türmə onun üçün çoxdan ağlayır. Amma çox təəssüf ki, prezident həmin tədbiri görmədi. Çünki həmin iclasda həbs edilməsi gərəkən iki şəxs var idi ki, onlardan biri və birincisi Hacıbala Abutalıbovdur. H.Abutalıbovun özü də özündə təpər tapıb istefa verməli idi. Yaxşı, tutaq ki, baş verənlərdən prezidentin xəbəri yoxdur. Əgər sənin də rəhbəri olduğun şəhərdən xəbərin yoxdursa, o zaman sən nə mer, nə rəhbərsən? Onda sən nə ilə məşğulsan?”x9d.

Ə.Kərimov villaların sökülməsinin da lüzumsuz addım olduğunu qeyd edib:

“O villalar tikilibsə, onları sökmək nəyə lazım idi? Onu dövlətin maraqları üçün müsadirə etmək olardı. Bizim elə alimlərimiz, elm xadimlərimiz, sənətkarlarımız var ki, onların bu gün evi, şəraiti arzuedilən vəziyyətdə deyil. Madam ki, bu villalar xalqın pulu ilə tikilib, o zaman həmin villaları xalqın dəyər verdiyi, xalq üçün çalışan bu insanlara vermək olardı. Bu artıq tikilib, artıq var. Onu söküb yerində ağac əkmək xalqa nə fayda verəcək ki? Tikiblər yaxşı. Sahibləri çıxmır, lap yaxşı. Həmin villaları dövlətin balansına keçirmək və daha sonra elmi yaradıcılıq işində böyük uğrular qazanan şəxslərə, həqiqi alimlərə vermək olardı”x9d.

Ə.Kərimovun sözlərinə görə, əgər mərhum prezident Heydər Əliyev sağ olsaydı, o zaman iclas zamanı iki dövlət məmuru dərhal həbs ediləcəkdi:

“H.Abutalıbov doğrudanmı bu günə qədər bilməyib ki, həmin villaların sahibi kimdir, onlar qanunsuz inşa olunub? Əgər bilməyibsə, bu o deməkdir ki, yerində deyil. Mən bir daha bildirirəm ki, türmə H.Abutalıbov üçün çoxdan ağlayılr. Amma çox təəssüf ki, prezident özündə o cəsarəti tapmadı. Həmin an, həmin saatda H.Abutalıbovu vəzifədən azad etməli idi. Əminliklə deyirəm, əgər Heydər Əliyev sağ olsaydı, iki adam orda dərhal həbs olunacaqdı. Bunlardan biri FHN-nin rəhbəri K.Heydərov, digəri isə H.Abutalıbov idi. İ.Əliyev isə cəsarətsizlik göstərdi və bu yöndə hər hansı addım atmadı”x9d.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin