“MN-dən bir “qara qəpik”x9d də artıq pul istəmirik”x9d

Hazırda oxunan: “MN-dən bir “qara qəpik”x9d də artıq pul istəmirik”x9d

79058
Moderator.az xəbər verir ki, “Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydalarının təsdiqini hərbi qulluqçulara qarşı haqsızlıq və hörmətsizlik kimi dəyərləndirib.

"Dəyərli dostlar, hörmətli həmkarlar!!
Dünəndən başlayaraq mənim ünvanıma çoxsaylı müraciətlər daxil olduğuna görə, hesab etdim ki, bu məsələ ilə bağlı həm sosial şəbəkə, həm də mətbuat vasitəsiylə çoxsaylı müraciətlərə aydınlıq gətirim. Söhbət 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi qaydalarından gedir. Bizim mətbuatdakı dostlarımız da az qala böyük sevinclə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qərarı ilə bağlı geninə-boluna xəbərlər yayıblar ki, hərbi qulluqçuları sevindirəcək bir qərardır, ay nə bilm nədir. Şəxsən mən zərrə qədər də sevinmirəm və əksinə bu qərarı ehtiyatda və istefada olan hərbi qulluqçulara qarşı çox böyük haqsızlıq və hörmətsizlik kimi dəyərləndirirəm. Niyəsni və nə üçünü indi izah etməyə çalışacağam. Maraqlıdır ki, MN sistemində xidmət keçən zabit və gizirlərin, o cümlədən rəhbər heyətin tam əksəriyyəti bu təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı ALIBLAR da, loru dillə desək, "üstündən su da içiblər". Yeri gəlmişkən digər güc strukturlarında bildiyim qədər bu məsələ çox yüksək səviyyədə öz həllini tapıb və Vətən qarşısında öz xidməti borcunu yerinə yetirən hər kəs dövlət tərəfindən ona ayrılmış pul vəsaitini alıb və ehtiyacları üçün istifadə edib.
Mən onu da başa düşürəm ki, şəxsi heyətinin sayına görə Müdafiə Nazirliyi bütün digər strukturlardan daha çox ehtiyatda və istefada olan hərbi qulluqçulara malikdir və burda ödəniləcək məbləğ də kifayət qədər ciddi rəqəmdir. Lakin, görünən odur ki, MN-nin bu sahəyə cavabdehlik daşıyan şəxsləri min oyundan çıxırlar ki, bu pul vəsaitini ya ödəməsinlər, ya da o pulun dəyəri günü gündən aşağı düşəndən sonra ödəməyə başlasınlar. İçi mən qarışıq olaraq minlərlə zabit və gizir MN-dən bir "qara qəpik" də artıq pul istəmirik və bizə çatacaq o pullar bizim canımız, sağlamlığımızın hesabına yığılan qalan vəsaitlərdir. Sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmindən başlayaraq, indi də indiki nazir general-polkovnik Zakir Həsənov az qala hər dəfə bir "qayda-qanun" fikirləşirlər ki, bu kompensasiya məbləğinin hesablanması və ödənilməsi işini necə "həyata keçirsinlər". Sonuncu qərar isə öz mürəkkəbliyi və absurluğu ilə diqqəti daha çox cəlb edir. Ay yoldaş və cənablar, axı Milli Məclisin, Nazirlər Kabinetinin, ən əsası isə Konstitusiya Məhkəməsinin qərarları var bu işlə əlaqədar. İndi MN-i öz üzərinə düşən vəzifəni yerinə yetirmək əvəzinə görün hansı hiyləyə əl atıb. Xahiş edirəm diqqət yetirin: "İstifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanı almaq üçün hərbi qulluqçu ərizəni yalnız poçt rabitəsi xidmətləri vasitəsilə həqiqi hərbi xidmətdən buraxılarkən xidmət etdiyi hərbi hissə və ya müəssisəyə, hərbi hissə ləğv edilmişsə onun tabeliyindəki yuxarı idarəetmə orqanına göndərməlidir". Bu "ideya"nı verən və fikirləşən adam vallah "orden-medala" təqdim edilməlidir. Söhbət son 16 ildən gedir. Bu müddət ərzində vicdanlı zabitlər ən azından 4-5 xidmət yeri - hərbi hissə bə ya müəsissə dəyişiblər. Axı MN-nin özündə yaradılmış komissiya, hansı ki bu işləri görməliydi və görürdü, çox asanlıqla yanında olan Mərkəzi Arxiv şöbəsi ilə birlikdə istənilən zabitin, yaxud gizirin xidmət yerlərini onun şəxsi işi ilə müəyyən edə və kompensasiyanın ödənilməsini təmin edə bilərdi. İndi isə, tutaq ki, Bakıda xidmət etmiş zabit və ya gizir sonuncu hərbi hissəyə, haradan ki, o ehtiyata tərxis olunub, müraciət edir, onun sənədləri qəbul edilir və başlayır ötür-ötür oyunu. Hərbi hissə onun xidmət yerlərini, məzuniyyətdən istifadə edib-etməməsini dəqiqləşdiurmək üçün müraciət ünvanlayır...MN-nin Mərkəzi Arxivinə??!! Bu əslində "sağ qulağı sol əli ilə qaşımağa" bərabər bir absurdluğdur. Nəzərə alsaq ki, həmən o arxivdə oturan bəzi şəxslər və son vaxtlar orada peyda olmuş xanım DÖVLƏT QULLUQÇULARI (bu yaxınlarda MN-də şişirdilmiş ştatlar haqqında da ayrıca söhbət açacağıq) özlərinə əziyyət versələr, ən yaxşı halda bir nəfərlə bağlı bir neçə günə cavab hazırlayacaqlar. Baxın, görün bu minvalla, sayı 45- 50 minə qədər olan ehtiyatda olan zabit və ya gizirlər, hansılar ki bu pul kompensasiyasını hələ də almayıblar, ən azından daha bir neçə il gözləməli olacaqlar. Budurmu sizin oturub düşündüyünüz yeni hoqqanız? Bu gün xidmətdəsiniz deyə müharibənin ən ağır dönəmlərində kişi kimi xidmət edən zabit və gizirlərin halal pullarını nə qədər ki gec deyil tez bir zamanda verin insanlara.İnanın ki, onların çoxu bu gün də camaatın qanını yüksək fazilərlə soran banklara kredit borclarını ödəmək iqtidarında deyil. Şəxsən mən dünyasını ehtiyac icində dəyişmiş onlarla zabit və gizir ailələri tanıyıram ki, hər dəfə mənə zəng edib bu məzuniyyətə görə pulların nə vaxt veriləcəyini soruşanda bilmirəm nə deyim. Mən onu da başa düşürəm ki, MN bu işi həll etmək istəsə, mən onlara çox asan və rahat yolu da göstərə bilərəm. Yetər ki, buna Zakir Həsənovun və maliyyə naziri hörmətli Samir Şərifovun arzusu və istəkləri olsun. Ümid etmək istərdim ki, 26 iyun Silahlı Qüvvələrin yaranması günü ərəfəsində MN-i öz zabit və gizirlərini bu məsələ ilə bağlı reallaşdıracağı işlərlə sevindirəcəkdir.
Qısaca onu da xatırladım ki, sözügedən hərbi qulluqçuların həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4) bölməklə və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulmaqla müəyyən edilib.
Kompensasiyanın hesablanması və ödənilməsi işinin təşkili məqsədi ilə məsul vəzifəli şəxslərdən yaradılmış komissiyaya aşağıda göstərilən sənədlər təqdim olunmalıdır:
- ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun ərizəsi (əlavə â„– 1);
- ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun şəxsiyyəti vəsiqəsinin surəti (şəxsiyyət vəsiqəsi dəyişdirildikdə və ya itdiyi halda yenisi ilə əvəz edildikdə həmin sənədin surəti);
-ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun xidmət etdiyi müvafiq hərbi hissələrdən istifadə edilməmiş məzuniyyət günləri haqqında arayış (əlavə â„– 2);
- ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun vəzifə maaşı, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği barədə arayış (əlavə â„– 3);
- ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun xidmət etdiyi hərbi hissədən şəxsi heyətin siyahısından çıxarılması barədə nizami hissə üzrə əmrdən çıxarış;
- bank hesabı barədə məlumat.
Zərurət olduqda, ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun hərbi xidmət keçmə müddəti haqqında məlumatın əldə edilməsi və ya dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin orqanlarının yerli idarə, şöbə və bölmələrinə müraciət oluna bilər.
Ehtiyata və istefaya buraxılmış hərbi qulluqçunun təqvim ili ərzində məzuniyyətə buraxılması barədə əmrdə məzuniyyətin növü göstərilmədikdə həmin məzuniyyət növbəti məzuniyyət hesab edilir.
Bax bu qədər demək istədiklərim, əziz ehtiyatda və istefada olan zabit və gizir dostlarım. Tanrı tezliklə sizləri sevindirsin. Çünki bu Sizin hər birinizin halal haqqıdır!!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin