Cenubnews.com saytının verdiyi məlumata görə, Azərbaycan Səfəvilər dövlətinin banisi sayılan Şah İsmayıl Xətainin adına konyak istehsal olunur və həmin spirtli içkinin üzərinə onun şəkli vurulur.
Maraqlıdır,
xalqımızın milli qürur yeri sayılan, ölkəmizdə İslamın tərəqqisində mühüm rol
oynayan Şah İsmayıl Xətainin şəklinin konyak şüşəsinə vurulması nə dərəcədə məntiqlidir?
Gerçəkdənmi, onun bizə əmanət etdiyi bu dövlətdə Şah İsmayıl isminin layiq olduğu tək
ünvan içki şüşəsidir?
Bununla
bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış publisist-yazar Mehriban Vəzir
məsələyə birmənalı cavab verməyin çətin olduğunu vurğuladı:
“Bu məsələyə birmənalı cavab vermək çətindir. Şübhəsiz,
Azərbaycan dövlətçiliyinin banilərindən biri olan Şah İsmayıl Xətainin adı daha
yüksək yerlərdən gəlməli, onun xatirəsi daha ciddi və möhtərəm bir şəkildə əbədiləşdirilməlidir.
Lakin bu da bir həqiqətdir ki, hətta Əmir Teymur dönəmindən belə, ondan da əvəllər
içki türk hökmdarlarının saraylarında qəbul edilən, məqbul sayılan bir şey
olub. Onların həm rəsmi, həm də qeyri-rəsmi məclislərində içkiyə rast gəlinib.
Bu səbəbdən də hesab edirəm ki, bu kimi məsələlərdə bunca mühafizəkar olmağa
lüzum yoxdur. Çünki bizə örnək olan həmin tarixi şəxsiyyətlərin özləri belə bu
qədər mühafizəkar olmayıb”x9d.
Seymur Əliyev

































































































