Azərbaycanda gənc nəslin milli-mənəvi dəyərlərə bağlılıq səviyyəsi ilə bağlı fərqli fikirlər mövcuddur. Ziyalıların, eləcə də ictimai-siyasi xadimlərin bəlli bir qismi gənc nəslin milli dəyərlərə bağlılıq səviyyəsindən razı qalsa da, bir çoxları bu məsələdə ciddi problemlərin mövcudluğu qənaətindədir.
Məsələ ilə bağlı Moderator.az
saytı və “Hürriyyət”x9d qəzetinə açıqla verən millət vəkili Fazil Mustafa məsələyə
fərqli aspektdən yanaşmaq gərəkdiyini vurğuladı:
“Indiki gəncliklə bağlı milli-mənəvi dəyərlərə
bağlı olmaq tələbi də yoxdur. Bugünkü gənclikdən daha çox tələb olunan ağıllı,
savadlı insan kimi formalaşmaqdır. Milli-mənəvi dəyərin özü də bir az müəammalı,
mücərrəd bir şeydir. Hansı dəyərlərdən söhbət gedir? Bu gün bəzi dəyərlər var
ki, onlar ölkəmizin geriliyinin əsas səbəblərindəndir. Məncə belə bir tələbin gəncliyin
qarşısına qoyulması doğru deyil. Quru, içi boş vətənpərvərlik olmur. Bunun nəticələrini
görmüşük. Bu gün yüzlərlə mənasız, boşboğaz vətənpərvər sayıla biləcək
personajlar var. Lakin bunun cəmiyyətə, xalqa bir faydası yoxdur. Bu gün ən
böyük vətənpərvərlik savadlı insan olmaqdır”x9d.
Seymur Əliyev































































































