“Azerenerji”x9d Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin mayın 19-da "Bank işi" ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bir neçə saat dindirilməsi barədə “Yeni Müsavat”x9d qəzeti xəbər yayıb.
Qəzetin yazdığına görə, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub.
Moderator.Az bildirir ki, “Azərenerji”x9d ASC-nin mətbuat xidməti rəhbərinin müavini Ələkbər Baxşəliyev ölkə.az-a açıqlamasında bildirib ki, yayılan xəbər şaiyədir:
"Etibar Pirverdiyev hazırda iş başındadır. Heç bir yerə çağrılmayıb. Yayılan məlumatlar həqiqəti əks etdirmir".































































































