Moderator.az xəbər verir ki, bu məlumatı "Yeni Müsavat" qəzeti yayıb. Xəbərdə bildirilir ki, E.Pirverdiyev mayın 19-da BMCMİ-nə çağırılıb. Onun bir neçə saat dindirildiyi deyilir.
Qəzet yazır ki, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji”x9d ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb.
Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib.
“Azərenerji”x9d bu vəsaiti Beynəlxalq Banka qaytarmayıb. E.Pirverdiyev məhz bu borc məsələsinə görə istintaqa çağırılıb. Səlahiyyətlərinin əsas hissəsi “Azərişıq”x9da verildikdən sonra mövqeləri xeyli zəifləyən E.Pirverdiyevin işini çətinləşdirən daha bir mühüm fakt da var. Məlumdur ki, Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport”x9d şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov həbs olunublar. Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb. Böyük ehtimalla MTN-ə həvalə olunan bu işin istintaqı E.Pirverdiyevə də gəlib çıxacaq. Bu səbəbdən “Azerenerji”x9d prezidentinin iki tərəfdən çıxılmaz vəziyyətə düşə biləcəyi gözləniləndir.
Bundan başqa, Etibar Pirverdiyevin biznesinin də ciddi böhran içərisində olduğuna dair məlumatlar son vaxtlar xeyli dərəcədə intensivləşib.





























































































