“Hacıbala Abutalıbov kimi bir naşının səhvlərinin qurbanı olmamaq üçün...”x9d

Hazırda oxunan: “Hacıbala Abutalıbov kimi bir naşının səhvlərinin qurbanı olmamaq üçün...”x9d

78756
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov harınlamış məmurların əvəzinə xəcalətindən Bakını tərk edərək uzaq əyalət rayonuna köçmək istəyir, səbəbini bilmək istəyənlər bunu oxusun:

"Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bir açıqlaması ilə tanış oldum və inanın ki, özümü, emosiyalarımı, sərt sözlərimi güclə saxladım.. Amma, hesab edirəm ki, susmaq, o günahsız insanların xatirəsinə hörmətsizlik etmək deməkdir.
Mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılan cinayət işinə görə həbs olunmalı birinci adam vardısa, o məhz bu məsuliyyətsiz, səhlənkarlıq edən, Bakı sakinlərinə, ölkə başçısına xəyanət edən, onu aldadan Hacıbala Abutalıbov olmalı idi. Və inanmaq istərdim ki, yaxın zamanlarda bu vəzifəli şəxs layqi olduğu cəzanı alacaqdır. Bir adam ki, ölkə başçısı qarşısında bütün Azərbaycana yayımlanmış müşavirədə onun Bakı şəhərində tikilmiş qanunsuz tikililər, villalar və sairə məsələlər ilə bağlı verdiyi konkret suallara cavab verə bilmirsə, bunu nədən həbs etmirlər? Vallah, gün gələcək mənim yazdıqlarıma özünüz də inanacaqsınız ki, Hacıbala Abutalıbovun dönəmində Bakımız daha çox inkişaf edə bilərdi. Vallah, onun yerinə hamı işləyir. Dövlət başçısından tutmuş, ən xırda məmurlara kimi. Bu şəxs isə hər dəfə kameralar qarşısına, qonaqlar arasına çıxanda, adam xəcalətindən "ət tökür".
İndi isə keçirəm həbs olunanlarla bağlı məsələyə. Rəsmi mövqe ondan ibarətdir ki, "qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan “poliuretan”x9d məmulatını istehsal edən “Qlobal Stone”x9d MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction”x9d MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Mən sadəcə çox təəssüflənirəm ki, adları göstərilən şəxslərin demək olar ki, heç biri bu faciədə birbaşa günahkar deyillər. Sadəcə ölkə başçısına hesabat vermək, həmçinin bizim gözümüzə bir balaca "kül üfürmək" üçün bu həbslər həyata keçirilib. Bu xəbəri eşidən və reallığı bilən hər kəs az qala əsəbindən infarkt olsun. Axı bu tutulan şəxslərin milyonlarla vəsaitin mənimsənilməsi üçün min oyundan çıxan və o pullara görə Bakı şəhərini "minalarla bəzəyən" işbazların çirkin əməllərinə aidiyyatları o qədər də böyük deyil axı. Gəlin Allahı unutmayaq. Mən hər şeyi başa düşürəm, amma Haqq-Ədalət deyilən bir Tanrı əmanəti var bizlərə.
Şəxsi düşüncəmə görə, Baş Prokurorluğ elə ən birinci Fövqəladə Hallar Nazirliyinin bu işlərə cavabdehlik daşıyan məsul şəxslərini məsuliyyətə cəlb edərək həbs etməliydi. Mən başa düşürəm ki, ortada nəhəng nazir kimi ad çıxartmış Kəmaləddin Heydərovun adı var. Adı çəkilən nazirə mənim fərd olaraq böyük hörmətim var. Amma, bu günə kimi bu qurum ilə bağlı çoxları susub. Hesab edirəm ki, biz yaxşını yaxşı kimi, pisi də pis kimi göstərməyə borcluyuq. Kimə lazımdır bu psevdopatriotluq?
Yanan bina ilə yanaşı "Azadlıq prospelti" metrostansiyasının üstündə daha dəhşətli "BOMBALAR" yerləşdirilir. Ey mənim əzizlərim, eşidin!! Sütünsüz metrostansiyanın üzərində harınlamış məmurlar ağırlığı milyon tonlarla ölçülən göydələn və obyektlər tikirlər. Vallah o metrodakı gələcək faciənin miqyası dünyanı soka sala bilər. Oyanın, ey ölkə başçıısna yalan məlumat verən məmurlar!!! Baş verə biləcək faciəyə görə sizləri heç kim bağışlamayacaq. Yetər artıq bu pula, rüşvətə hərisliyiniz. Kim bu dünyadan nə aparıb ki o dünyasına, siz nə aparasınız?? Şəhərin mərkəzində, hündürmətrəbəli binaların yaxınlığında olan çoxsaylı yanacaqdoldurma məntəqələrinə görə, əgər Allah göstərməsin sabah hansısa faciə yaşanarsa, ona görə kim cavab verəcək? 
Qayıdıram bu başımıza az qala bəla olan şəhər merimizə. Bu fizika müəllimi deyir ki, "bu xəmir hələ çox su aparacaq". Dolayısı ilə o dilinə gətirdi ki, nə qədər o bizim "başımızda dəlləklik edəcək", biz hələ çox bəlaların şahidi olacağıq.
Mən artıq Bakıdan Azərbaycanın uzaq, ucqar, sakit bir güşəsinə köçmək haqqında düşünürəm. Yeganə səbəb isə, erməni kimi məkrli düşmənlə üzbəüz müharibədən salamat çıxsam da, arxada, yaşımın bu vaxtında Hacıbala Abutalıbov kimi bir naşı şəhər rəhbərinin səhvlərinin qurbanı olmamaq.
Tanrı bizə rəhm etsin. Allah Azərbaycanımızı, onun döyünən ürəyi olan Bakımızı qorusun!!!"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin