Moderator.az ünlü şair Rüstəm Behrudinin dünənki yanğında dünyasını dəyişmiş 3 yaşlı Fərəhin yas mərasimindən hansı təəssüratla ayrıldığını oxucuların diqqətinə çatdırır:
"Yanan binada dünyasını dəyişmiş bir cocuğun yas mərasimindən çıxdım. Heç kim dinib danışmırdı. Hamı susmuşdu. Hamı susmuşdu--Azərbaycan susan kimi!
İlk bahar solan yarpaqdı,
Üç yaşında bir qızcığaz.
Ulduzuydu, məndən axdı,
Üç yaşında bir qızcığaz.
Özünə yas tuta-tuta,
Girib söz adlı tabuta,
Sorur:-bu tabutdan kim tutar,
Üç yaşında bir qızcığaz.
Halım məmləkətin halı, əfəndilər!
































































































