Balaca Fərəhi yola salırıq -Son dəqiqə...

Hazırda oxunan: Balaca Fərəhi yola salırıq -Son dəqiqə...

78497
Dünən Bakıda baş verən yanğında zəhərlənmədən dünyasını dəyişən Məhərrəmova Fərəh Elnur qızı dəfn edilmək üçün Xaçmaza aparılıb.

Moderator.az-ın verdiyi məlumata görə, Fərəh bu gün saat 12-də Qubada dəfn ediləcək. Körpənin dəfninin bütün xərclərini isə Xaçmaz İcra hakimiyyəti öz üzərinə götürüb.

Bundan başqa, yanğından sonra gecə saatlarında dünyasını dəyişən 65 yaşlı Elmira Yəhyayeva da dəfn edilmək üçün Qubaya gətirilib. Onun oğlu Murad Yəhyayevin verdiyi məlumata görə, Muradın həyat yoldaşı - 30 yaşlı Nigar, övladları 6 yaşlı Leyla və 4 yaşlı Sevinc, Qubadan qonaq gedən bacısı Rəhimə Ələkbərova hal-hazırda xəstəxanadadırlar.

Xatırladaq ki, dünən Bakıda Azadlıq prospektində 16 mərtəbəli binada yanğın baş verib. Hadisə nəticəsində 15 nəfər ölüb, 50-dən çox yaralı var.




























anspress
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin