Vurğun Əyyubdan Müsavat başqanına iynəli ismarış...

Hazırda oxunan: Vurğun Əyyubdan Müsavat başqanına iynəli ismarış...

78452
Bu gün Musavat Binəqədi RT növbəti şura iclasını keçirib, Vurgun Əyyubun və digərlərinin partiya sıralarından çıxarılmasının saxta olduğu qərara alınıb:

1 . özəyin protokolların ləğv olunsun
2. Özəyin seçkili orqanları buraxılsın (özək sədri, müavini,xəzinadar)
3. özək sədrinə töhmət elan olunsun

Vurğun Əyyubsa onun üçün gözlənilməz olan bu qərara münasibət bildirib:

"Binəqədi rayon təşkilatının Şura üzvlərinə göstərdikləri diqqətə, sərgilədikləri hüquqi və demokratik mövqeyə görə təşəkkürümü bildirirəm. Bu qərar bir daha göstərdi ki, Müsavat Partiyası demokratik əsaslar üzərində qurulub. Partiyada heç də hamı partiyanın rəhbərliyini ələ keçirmiş Arif Hacılı qruplaşmasının nizamnamədən kənar addımlarına göz yummaq, sifarişli qərarlara tabe olmaq niyyətində deyil. Müsavat qanunsuzluqlara baş əyməyənlərin, ləyaqəti uca tutanların, demokratik ənənələrə sadiq olanların təşkilatı olmalıdır. Son zamanlar baş verən qanunsuz, nizamnamədən kənar addımlara etiraz edib ortaya mövqe qoyan insanlar bunu bir daha sübut etdilər! Var olun!"

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin