Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.xa0
Araşdırma nəticəsində qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction”x9d şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.
Etatist.com-un əldə etdiyi məlumata görə, Miryusif Mahmudov həm də "M-Line" MMC-yə rəhbərlik edirmiş. Adının çəkilməsini istəməyən mənbənin saytımıza verdiyi məlumata görə, "M-Line" mebel fabriki 2006-cı ildən fəaliyyət göstərir. 2011-ci ildə isə fabrikin yeni binasının açılışı olub və prezident İlham Əliyev də açılışda iştirak edib.
2014-cü ildə prezident İlham Əliyev Sərəncam imzalayaraq Gəncə şəhərinin sosial-mədəni iştirakında xidmətinə görə Miryusif Mahmudova "Əməkdar Mühəndis" fəxri adı verib.
Bu gün baş vermiş yanğından dərhal sonra isə Miryusif Mahmudov şübhəli şəxs qismində saxlanıldı. Prezident İlham Əliyev yanan bina ilə bağlı Dövlət Komitəsinin yaradılması ilə bağlı sərəncam imzalayıb.




































































































