Gürcüstanda yaşayan soydaşlarımızlarla bağlı İlham Əliyevə müraciət edildi

Hazırda oxunan: Gürcüstanda yaşayan soydaşlarımızlarla bağlı İlham Əliyevə müraciət edildi

77974
“Borçalı”x9d Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanda yaşayan soydaşlarımızın mövcud problemləri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yenidən müraciət edib. 

“Borçalı”x9d İctimai Cəmiyyətinin Mətbuat Xidmətindən Moderator.az -a verilən xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli, cənab Prezident!

Azərbaycan Respublikasının Gürcüstanda həyata keçirdiyi humanitar layihələr soydaşlarımız tərəfindən və onların hüquqlarının qorunması ilə məşğul olan “Borçalı”x9d Cəmiyyəti tərəfindən dəstəklənir. “Sokar”x9d və “Akkord”x9d kimi şirkətlər, Heydər Əliyev Fondu bu sahədə xüsusilə fərqlənirlər. Bunlara baxmayaraq, soydaşlarımızın bir sıra spesifik problemləri də vardır ki, bunları Sizin nəzərinizə çatdırmağı zəruri hesab edirik.

1. Gürcüstanda fəaliyyət göstərən orta məktəblərin yeni, gənc kadrlarla təchizi problemi. Bildiririk ki, 90-na qədər orta məktəblərdə 3000 nəfərdən çox milli pedoqoq çalışır ki, bunların da orta yaşı 60-dan çoxdur. Azərbaycan tərəfin milli pedoqoji kadrlarla təmini ilə bağlı xüsusi proqram işləməyinə ehtiyac duyuruq. “Borçalı”x9d Cəmiyyəti 2011-ci ildə hazırladığı “Azərbaycanda təhsil alan və öz yurdlarına dönmək istəyən Gürcüstan vətəndaşı olan tələbələrlə iş üzrə dövlət proqramı”x9d layihələri hazırlayaraq Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim edib. Təəssüf ki, bu sahədə ürəkaçan addım atılmamışdır.

2. Bir sıra kəndlərdə, xüsusilə Ermənistanla həmsərhəd bölgədə yerləşən, azərbaycanlıların da ermənilərlə bir məktəbdə oxuduğu Zop kənd məktəbi ağır qəza vəziyyətindədir. Bu kəndin əhalisinin 80 faizi azərbaycanlılardır. Bu kimi kəndlərə xüsusi diqqətin ayrılmasının milli maraqlarımıza uyğun olduğunu düşünürük.

3. Dmanisi rayonunun Yırğançay kəndi də Ermənistanla həmsərhəddir və 3000 nəfər soydaşımız yaşayır. Bu kənddə həyat səviyyəsinin yüksəldilməsini də milli maraqlarımıza uyğun hesab edirik.

4. Mədəniyyət obyektlərinin azlığı. Hesab edirik ki, saoydaşlarımızın kompakt yaşadığı Rustavi şəhəri, Marneuli, Qardabani, Dmanisi, Bolnisi rayonları və Qaraçöp rayonlarında milli teatrların qurulması istiqamətində fəaliyyəti məqsədəuyğun hesab edirik.

5. Ali təhsil müəssisəsi və elm ocağının yoxluğu. Soydaşlarımızın öz yurdlarını tərk etmədən Ali təhsil almaları və elmi fəaliyyətlə məşğul olmaları onların Gürcüstan cəmiyyətində daha üstün mövqe tutmalarına gətirib çıxara bilər. 2009-cu ildən “Borçalı”x9d Cəmiyyəti Rustavi şəhərində (Borçalı bölgəsinin mərkəzi) elmi bazalı ortaq Azərbaycan-Gürcüstan Universitetinin açılmasını təklif etmişik. Bu universitetdə tədrisin qarışıq azərbaycan və gürcü dilində aparılmasını, azərbaycanlılar üçün gürcü, gürcülər üçün isə azərbaycan dilinin əsas götürülməsini təklif edirik. Bu universitetin strateji mahiyyətini nəzərə alaraq, tikilməsinin maliyyə xərclərinin Azərbaycan tərəfinin öz üzərinə götürməsini məqbul hesab edirik.

6. Soydaşlarımız üçün Azərbaycan bazarlarına girişin sadələşdirilməsi. Borçalı zonası aqrar zonadır və kənd təsərrüfatı və ət-süd məhsulları həm də ekoloji cəhətdən sağlamdır. Soydaşlarımızın öz istehsal etdikləri məhsulların Azərbaycana sərhəd-keçid məntəqələrindən maneəsiz və ya az gömrük rüsumları ilə daxil olmasına şəraitin yaradılmasını doğru hesab edirik. İndiki vəziyyətdə soydaşlarımızın bu baryer ucbatından sosial müdafiəsi zəiflədiyi üçün başqa ölkələrə miqrasiya etmələrinə səbəb olur ki, bu da demoqrafik vəziyyətin milli maraqlarımıza uyğun olmayaraq dəyişməsinə gətirib çıxarır.

7. Miqrasiya problemləri. Soydaşlarımızın çox hissəsi Azərbaycana sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün əmək bazarına miqrasiya edirlər. Bu kateqoriya üzrə olan şəxslərə Azərbaycan əmək bazarına maneəsiz, əlavə depozitlər tələb olunmadan, uzun müddətli (azı bir il) daxil olmalarına şərait yaratmaq üçün onlara xüsusi imtiyaz tanıyan Soydaşlar Haqqında qanun qəbul olunmasını təklif edirik. Bu problemlə bağlı “Borçalı”x9d Cəmiyyəti hazırladığı “Soydaşlar haqqında qanun”x9d layihəsini hazırlamış və təqdim etmişdir.

8. Yeni iş yerlərinin açılması proqramının hazırlanması. Borçalı zonasının və soydaşlarımızın spesifikliyini nəzərə alaraq yun emalı, ət, süd emalı, kənd təsərrüfatı məhsullarının emalı, məişət xidməti müəssisələrinin qurulması üçün əksər bölgələrdə münbit şərait vardır. İri fermer təsərrüfatlarının qurulması, xalq istehlakı istehsal edən müəssisələrinin qurulmasını da investisiya proqramına daxil etmək vacibdir. Eyni zamanda, yüngül sənaye müəssisələrinin, fabrik və zavodlarının qurulması üçün də münbit şərait mövcuddur.

9. Xarici nüfuzlu universitetlərdə təhsil. Hesab edirik ki, ABŞ, Almaniya, İngiltərə və s. dövlətlərdəki nüfuzlu universitetlərdə ildə 30-50 nəfər Borçalı gənclərinin təhsilinin maliyyələşməsi də soydaşlarımızın intellektual imkanlarını artırmaqla, yeni təfəkkürlü gənc kadrların yetişdirilməsinə nail olmaq olar.

10. Dini maarifləndirmə. Bu sahədə ciddi problemlər mövcuddur. Faktik olaraq, savadlı din xadimləri yox dərəcəsindədir. Azərbaycanda və Türkiyədə yeni təfəkkürlü din xadimlərinin yetişdirilməsi vəzifələrimizdən olmalıdır.

Çox hörmətli cənab Prezident, qeyd etdiyimiz problemlərin həlli istiqamətində əməli addımların atılmasını Borçalı probleminin həlli üçün həyati vacib hesab edirik. Ümid edirik ki, bu müraciətimizdə qaldırdığımız problemlərin həlli istiqamətində müvafiq qurumlara göstəriş verəcəksiniz. “Borçalı”x9d Cəmiyyəti mütəxəssislərin bu işə cəlb olunmasına hər zaman hazırdır”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin