Əli Həsənov: "Dialoqda ziddiyətli məqamlar oldu"

Hazırda oxunan: Əli Həsənov: "Dialoqda ziddiyətli məqamlar oldu"

77930
Xəbər verdiyimiz kimi bu gün müxalifət və iqtidar arasında növbəti dialoq keçirilib. Moderator.az-ın verdiyi xəbərə görə, görüş bir az öncə sona yetib. Tədbirin nəticələri ilə bağlı mətbuat üçün açıqlama verən Prezident Administrasiyasının ictimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənov bildirdi ki, bu görüş digər görüşlərə nisbətən daha məhsuldar keçib:
" Gördüyünüz kimi tədbir 2 saatdan çox davam etdi, görüş zamanı müxalifət partiyalarını nümayəndələrinin fikirləri dinlənildi, ziddiyətli məqamlar da oldu. Sevindirici məqam odur ki, Avropa Oyunları ilə bağlı bu gün bura toplaşan partiyaların müvqeyi ilə iqtidarın müvqeyi üst-üstə düşdü. Avropa Oyunları ölkəmiz üçün önəmli bir hadisədir Azərbaycan artıq bir idman ölkəsi kimi genin infrastruktur siyasəti həyata keçirərək dünyanın nüfuzlu idman ölkələri sırasında öz yerini alıb. Təbii ki, bu ölkəmizi istəməyən bəzi qüvvələri narahat edən amildir. Hesab edirəm ki cəmiyyətimiz üçün xeyir verən bu tip dialoqlar davam etməlidir."

Xəyal Əzizov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin