Azərbaycan və Türkiyə əsgərləri birgə döyüşə hazırlaşır ”“ FOTO/VİDEO

Hazırda oxunan: Azərbaycan və Türkiyə əsgərləri birgə döyüşə hazırlaşır ”“ FOTO/VİDEO

77852
Raket və top atışları.

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin mayın 12-dən başlanan birgə taktiki təlimlərinin növbəti, döyüş atışı mərhələsi keçirlib.

Azərbaycan Müdafiə Nazirliyindən Moderator.az -a verilən məlumata görə, təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və koordinasiya edilməsi, qarşılıqlı fəaliyyətin və uçlaşmanın təşkili, döyüş əməliyyatları zamanı təminatın həyata keçirilməsi, qarşıya qoyulan tapşırıqların icrası, şəxsi heyətin, silah və döyüş texnikasının səmərəli fəaliyyəti yoxlanılıb.

Təlimin ssenarisinə əsasən döyüşdə iştirak edən qüvvələr və yardımçı bölmələri qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, helikopterlər döyüş atışlarını və raket buraxılışlarını yüksək dəqiqliklə həyata keçirərək bütün hədəfləri məhv ediblər.

Təlimlər davam edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin