Hakimiyyət və müxalifət Birinci Avropa oyunları ərəfəsində yaranmış vəziyyəti müzakirə edəcək.
Sabah hakimiyyət və müxalifət arasında növbəti dialoq keçiriləcək. Dialoqda əsas müzakirə predmeti iyun ayında ölkədə keçiriləcək Birinci Avropa oyunları, onun Azərbaycan üçün əhəmiyyəti və bu oyunlar ərəfəsində ölkəmizə qarşı bəzi Qərb ölkələri bə təşkilatlar tərəfindən aparılan “qarayaxma”x9d kampaniyası müzakirə ediləcək.
Bu barədə Moderator.az-a açıqlama verən “Azadlıq”x9d Partiyasının sədri Əhməd Oruc deyib ki. Sabahkı görüşə hakimiyyət bu məsələnin müzakirəsini təklif edib. “Biz “Azadlıq-2015”x9d seçki bloku olaraq toplatıda iştirak barədə qərar vermişik və təşkilatda təmsil olunan əksər partiyalar dialoqda iştirak edəcək. Hansısa partiya iştirak etməyəcəksə, bu onun şəxsi işidir”x9d, deyən Ə. Oruc onu da əlavə etdi ki, biz də öz tərəfimizdən müzakirənin gündəliyinə qarşıda gələn parlament seçkiləri və ona hazırlıq, siyasi məhbus və digər məslələri gündəliyə təklif edəcəyik.
































































































