Misir Mərdanovun kürəkəni rəis göndərildi...

Hazırda oxunan: Misir Mərdanovun kürəkəni rəis göndərildi...

77789
Bu gün Dövlət Gömrük Komitəsində işdən çıxarılan və əslən Naxçıvandan olan rəislərin (Ədalət Hüseynəliyev, Elçin Quliyev və Sahib Axundov) yerinə yeni təyinatlar olub.

AzNews.az-a daxil olan məlumata görə, Xudafərin Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynov Astara Gömrük İdarəsinə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinə, Sumqayıt Baş Gömrük İdarəsinin rəisinin müavini İlqar Abdullayev isə Biləsuvar Gömrük İdarəsinə rəis vəzifəsinə təyin edilib.xa0

Xaçmaz Gömrük İdarəsinin rəisi Azər Məmmədov sabiq təhsil naziri Misir Mərdanovun kürəkəni, Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayev isə Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayevin qardaşıdır.

Maraqlı məqam budur ki, yeni rəislərin heç biri əslən naxçıvanlı deyil.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin