Moderator.az xəbər verir ki, “Bakıda keçiriləcək I Yay Avropa İdaman oyunlarna münasibət haqqında”x9d “Azadlıq -2015”x9d seçki bloku bəyanat yayıb. Bəyanatda deyilir:
1.”x9dAzadlıq ”“ 2015”x9d seçki blokuna daxil olan
siyasi partiyalar Bakıda keçiriləcək I Yay Avropa İdman oyunlarında
Azərbaycan idmançılarına uğurlar diləyir və bu tədbirni bütün dünyada
idmana, Olimpiya hərəkatına , xalqlar arasında sülh və əmin amanlığa,
Azərbaycanın tanınmasına və xalqımız haqqında dünyada müsbət təsəvvürlərin
formalaşmasına xidmət etməsini, dinc, həqiqi idman bayramı şəraitində
baş tutmasını arzu edir, eyni zamanda istəyirlər ki, Oyunlar cəmiyyətimizin
demokratikləşməsi və çağdaş siyasi mədəniyyətlər səviyyəsinə doğru irəliləməsi
naminə köklü islahatlar aparılması, insan hüquq və azadlıqlarının gerçəkləşməsi,
dövlətimiz və insanlarımızın rifahı, milli həmrəylik
üçün faydalı nəticələr versin.
2. “Azadlıq ”“ 2015”x9d seçki blokuna daxil olan siyasi partiyalar I Avropa idman
oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı regionda və ölkədə siyasi
- ideoloji xarakterli ajiotajın yaradılmasından və oyunlar yaxınlaşdıqca bunun
daha da qızışdırılmasından narahatlıq ifadə edirlər. Siyasi partiyalar
qeyd olunan tədbirin Azərbaycana gətirəcəyi pozitiv faydaları təhdid
altına alan belə situasiyanın yaranmasında antiazərbaycan qüvvələrinin rolunu
qeyd edərək eyni zamanda hesab edirlər ki, məsuliyyətin
mühüm payı Azərbaycan iqtidarının yürütdüyü qüsurlu daxili və
xarici siyasətin üzərinə düşür. Bu bəyanatda Azərbaycanda bərqərar olmuş
siyasi rejimin ümumi mahiyyəti ilə bağlı olan məsələlərə xüsusi olaraq
toxunmayaraq diqqəti ona cəlb etməyi lazım bilirik ki, sanki qəsdən,
Oyunlarla əlaqədar dünyanın o cümlədən Azərbaycana düşmən dairələrin
diqqətinin ölkəmizə cəlb olunacağını bilə- bilə, bunu nümayişkəranə surətdə
qulaqardına vuraraq, çağdaş demokratik dəyərlərə, ölkədaxili və dünya
ictimai rəyinə, siyasi müxalifətə və qlobal proseslərə təsir imkanı olan beynəlxalq
təşkilatlara yersiz və zərərli saymazlıq nümayiş etdirərək imkan
verilmişdir ki, antiazərbaycan qüvvələri Azərbaycan əleyhinə milli
maraqlarımızı və təhlükəsizliyimizi təhdid edən total hücum təşkil edə
bilsinlər. Belə ki, məhz yarışlar ərəfəsində, 2014- cü ilin
yayından başlayaraq insan hüquqları sahəsində həmin vaxta qədərki
problemləri həll etmək əvəzinə vətəndaş sektoru, azad mətbuat və müxalif
siyasi partiya fəallarına qarşı yeni repressiyalar dalğası həyata
keçirillmiş, BMT və Azərbaycanın müqavilə öhdəlikləri ilə bağlı olduğu
beynəlxalq təşkilatların ekspertləri olan nüfuzlu hüquq müdafiə təşkilatları tərəfindən
vicdan və siyasi məhbus kimi tanınan şəxslərin sayına görə Azərbaycan Avropada
birinci yerə çıxarılmışdır. Dövlətin ən yüksək vəzifəli məmurlarının KİV
”“də açıqlamaları, müsahibə və yazılarında bu kompaniya açıqdan açığa xarici
qüvvələrin, konkret olaraq Qərbin 5- ci kolonunun sıradan çıxarılması, narıncı
inqilabların önlənməsi əmliyyatı kimi təqdim edildikdən sonra onların
siyasi motivlərlə deyil, güya kiminsə vergi ödəməmsi, kimisə
özünüintihar həddinə çatdırma, narkotik satışı, ermənistana casusluq kimi
əməllərlə bağlı olması iddiaları ciddi qəbul edilmdi, heç kəsi
inandırmadı və milli və beynəlxalq ictimai rəyi ələ calma kimi
qarşılandı. Azərbaycan iqtidarı hətta öz əvvəlki taktikasını da bir tərəfə
buraxaraq, məhz 2104- 2015 ”“ci illərdə dövri əfvlər və ya kosmetik islahatlar
aparmağa da lüzum görməyərək, əksinə ifadə, birləşmə, vicdan, seçki, mülkiyyət
və digər hüquq və azadlıqlar sahəsində qanunvericilikdə və icrada geri
addımlar ataraq bütün dünyaya meydan oxumaq xəttini tutdu. Hesab
edirik ki, bu xəttin iqtidarın özü üçün yaratdığı təhlükənin fərqində olmağı
onun öz öhdəsinə buraxaraq nəticədə dövlətin maraqları üçün də
ciddi təhdidlər yaratdığı vurğulanmalıdır.
3. İqtidar
milli maraqlarımız və təhlükəsizliyimiz üçün təhdid olan neqativ
situasiyanı daha da dərinləşdirərək, I Avropa yay idman oyunları ətrafında
xarici aləmdəki qütbləşməni ölkə daxilinə keçirmə prosesi başlatmışdır. Cəmiyyət
süni surətdə oyunları dəstəkləyənlər və dəstəkləməyənlərə bolunur və qütbləşdirilir.
Ölkədə bu oyunlara münasibətdə tənqidi fikrin açıq və geniş
ifadə edilməməsinə baxmayaraq lüzumsuz dəstək kompaniyası ilə belə
təsəvvür yaradılır ki, güya bu tədbirin keçirilməsi ciddi təhlükə qarşısındadır
və bu təhlükənin mənbəyi və yaradanları da daxildədir. Sanki biriləri bu
oyunlardan istifadə edərək daxildə düşmən axtarışına başladıb
açıdan açığa qaşınmayan yerdən qan çıxartmağa, olmayan yerdən daxili düşmən
icad etməyə, milli xəyanətkar, üzdəniraq “cadu ovu”x9d təşkil etməyə girişmişlər.
4.”x9dAzadlıq- 2015”x9d seçki blokuna daxil olan
siyasi partiyalar diqqəti ona cəlb edirki, bu tipli, xüsusilə böyük
maliyyə məsrəfləri ilə bağlı olan tədbirlərin təşkil olunub keçirilməsinin məqsədəuyğunluğu
ətrafında bütün ölkələrdə fərqli , tənqidi mövqelər olur və belə tənqidi
mövqelər hətta bu tədbirlərin gedişində belə o cümlədən kütləvi aksiyalar
şəkilində də ifadə olunur. Futbolun milli dəyər sayıldığı və ən
dinamik iqtisadi inkişaf mərkəzlərindən olan Braziliyada axırıncı dünya futbol
çempionatının həmin ölkədə keçirilməsinə etiraz edənlərlə bağlı
toqquşmalarla müşayət olunan kütləvi mitinq və nümayişləri xatırlamaq kifayətdir.
Heç bir normal ölkədə bu cür hallar xarici düşmənlərin maliyyə dəstəyi naminə həyata
keçirilən xain təxribat, ölkənin misilsiz inkişafına paxıllıq, yaxud milli sərvətlərə
nəzarət və ya müstəqil siyasi kursdan çəkindirmək üçün Qərbin təzyiq
üsulu olması kimi dəyərləndirilmir, ən azı başlıca olaraq belə qələmə
verilmir. Qəbul edilir ki, öz tənqidi mövqelərini qanunlara və tədbirlərin təhlükəsizliyinə
əməl edilməklə aksiyalar, o cümlədən kütləvi aksiyalar şəkildə ifadə
olunması adi haldır, əsas insan hüquq və azdlıqlarından, Konstitusiyadan
irəli gəlir.
5.”x9dAzadlıq -2015”x9d seçki blokuna daxil olan
siyasi partiyalar I Avropa oyunlarını boykot çağrışlarına tərəfdar deyildir və
belə çağrışları təqdir etmir və ümid edir ki, belə çağrışlar ümumiyyətlə
olmayacaqdır. Eyni zamanda hesab edilir ki, Azərbaycanda ayrı- ayrı
fərdlərin və təşkilatların bu oyunlara fərqli, tənqidi, hətta əksəriyyətin
rəyi ilə üst- üstə düşməyən boykot çağrışlarının belə onlara qarşı təqib
və rəhdid kampaniyasına səbəb olması yolverilməzdir. Azadlıq 2015 seçki
blokuna daxil olan partiyaların arasında, hətta ayrı- ayrı partiyaların üzvləri
arasında da bu oyunların bu qədər böyük məsrəflər bahasına Bakıda keçirilməsini
məqsədəuyğunuğu, yaxud bu tədbirin Azərbaycanın dövlət maraqları ilə
deyil iqtidarın dar maraqlarına xidmət etdiyi kimi düşünənlər də vardır. Bu
insanların mütləq əksəriyyəti öz dövlətini sevən vətənpərvər insanlardır.
Azadlıq anlayışının fundamental prinsiplərindən çıxış edərək Azadlıq ”“ 2015
bloku oyunları boykot tərəfdarı olmamasına və böykot çağrışlarını təqdir
etməməsinə baxmayaraq belə çağrışlar olacağı halda onu edənlərə əleyhinə
təqib həyata keçiriləcəksə təqib olunanaların yanında olacaq, onların ifadə
hüquq və azadlıqlarını müdafiə edəcəkdir.
6. “Azadlıq -2015 “ hesab edir ki, siyasi məhbus kimi tanınan şəxslərin azad edilməsi I Avropa
yay idman oyunları ətrafında əsil Olimpiya ruhunun formalaşmasına
ciddi töhvə olardı. Bunula əlaqədar Azadlıq ”“ 2015 prezident İlham Əliyevə bir
daha müraciət edərək xahiş edir ki, öz Konstitusiya səlahiyyətlərindən
istifadə edərək siyasi məhbus problemi kimi tanınan məsələnin bir dəfəlik həlli
üçün köklü addımlar atsın”x9d.






























































































