ÜAK Ulyanovsk nümayəndəliyi Heydər Əliyevi belə andı- FOTO

Hazırda oxunan: ÜAK Ulyanovsk nümayəndəliyi Heydər Əliyevi belə andı- FOTO

77652

Moderator.az xəbər verir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Ulyanovsk nümayəndəliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92 illi münasibəti ilə onun abidəsi önünə gül çələngi qoyublar. Tədbirdə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin üzvləri yaxından iştirak ediblər.

Konqresin Ulyanovsk şöbəsinin üzvləri uzun müddətdir Rusiyada yaşamalarına baxmayaraq, hər zaman Azərbaycanın adət-ənənələrinə sadiq qalaraq onları yaşadıblar. Konqresin bu yöndə atdığı ən böyük addımlardan biri Heydər Əliyevə Ulyanovskdə abidə ucaldılması olub. Abidənin qoyulduğu ərazi Azərbaycan-Rusiya dostluğunun simvoluna çevrilib. Həmin ərazi Heydər Əliyev meydanı adlandırılıb, ərazidə hər gün çoxlu sayda insan istirahət edir, şəhərə gələn qonaqlar isə bu meydanı ziyarət edirlər. Azərbaycan diasporasının üzvləri hər il 10 may tarixində bu abidənin qarşısında toplaşaraq ulu öndəri anırlar. 10 may tarixində ulu öndər təkcə Ulyanovsk və Rusiyada deyil, dünyanın bir çox ölkələrində də anılır.

Tədbirdə Ümumrusiya Azərbaycanlıları Konqresinin Ulyanovsk nümayəndəliyinin rəhbəri İslam Hüseynov çıxış edib. İslam Hüseynov Azərbaycanın bu günki inkişafının Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Heydər Əliyevin apardığı uğurlu siyasətin nəticəsində dünya birliyində öz layiqli yerini tutub, iqtisadiyyatı güclənib. Azərbaycanın bugünki inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. İslam Hüseynov daha sonra qeyd edib:

“Heydər Əliyev təkcə Azərbaycanda deyil, ölkədən kənarda yaşayan azərbaycanlıların da birliyinə nail olub. Heydər Əliyev ölümündən sonra belə, azərbaycanlıların birliyi üçün öz töhfəsini verməkdə davam edir. Hər il 10 may tarixində dünyanın müxtəlif yerlərində məskunlaşmış milyonlarla azərbaycanlı bir olaraq ulu öndəri anırlar”x9d.

İslam Hüseynovun çıxışı tədbir iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılanıb, daha sonra tədbirə toplaşan şəxslər Heydər Əliyevin abidəsi önünü tər çiçəklərlə bəzəyib.

ÜAK Ulyanovsk nümayəndəliyi Heydər Əliyevi belə andı- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5559.jpg">ÜAK Ulyanovsk nümayəndəliyi Heydər Əliyevi belə andı- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5560.jpg">ÜAK Ulyanovsk nümayəndəliyi Heydər Əliyevi belə andı- <i style=FOTO" src="//old.moderator.az/fotobaza/original/5561.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin