DADP Şuşa haqqında Dəyirmi masa keçirdi

Hazırda oxunan: DADP Şuşa haqqında Dəyirmi masa keçirdi

77321
Bu gün Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) təşəbbüsü ilə “Şuşasız illər”x9d mövzusunda Dəyirmi masa keçirilib. Toplantıda QHT təmsilçiləri, araşdırmaçı alimlər, ədəbiyyat və sənət adamları, jurnalistlər, pedaqoqlar və ali məktəb tələbələri iştirak ediblər.

Tədbiri giriş sözüylə açan tanınmış ədəbi tənqidçi, DADP sədrinin ictimai əlaqələr üzrə müşaviri Əsəd Cahangir 23 ildir həsrəti ilə yaşadığımız Şuşa şəhərinin Azərbaycan və azərbaycanlılar üçün önəmini xüsusi qeyd elədi və bildirdi ki, “ermənilər torpaqlarımızın işğalından çox-çox öncə mədəniyyətimizi işğal etməyə cəhd göstəriblər və Şuşa da ermənilərin işğal etməyə can atdıqları əsas mədəniyyət mərkəzlərimizdən biriydi. Onlar daim Şuşaya həsəd və paxıllıq hissi ilə baxırdılar. Şuşanı ələ keçirməyin planlarını cızırdılar. Düzdür, 100 ildən də çox davam edən məkrli siyasətlərinin nəticəsində onlar Şuşanı qəsb etməyi bacardılar, ancaq ermənilərin bütün işğal səylərinə baxmayaraq, torpaqlarımızı işğal edə bilsələr də, amma ruhumuzu, istedadımızı, zəngin mədəniyyətimizi işğal etməyi bacarmadılar. Elə bu cür yenilməz ruhla da tezliklə Şuşanı işğaldan azad edəcəyik”x9d

DADP-nin sədri, 1-ci Qarabağ savaşının iştirakçısı Əlisahib Hüseynov Şuşa haqqında xatirələrini danışdı və qeyd etdi ki, “ermənilər Azərbaycanın mədəniyyət və musiqi paytaxtı sayılan Şuşada və ümumən Qarabağda uzun müddət qala bilməzlər. Onlar gec-tez bu yerləri tərk etməlidirlər. Ya xoşluqla, yadaki müharibə yoluyla, fərq etməz. Ermənilər özləri də bunu başa düşürlər, ancaq hələki real bir addım atmağa tələsmirlər. Onlar qəsdən danışıqlar prosesini uzatmağa və cəbhədə təxribatlar törətməyə çalışırlar. Ancaq Azərbaycanın da səbri limitsiz deyil. Əgər danışıqlar prosesi dalana dirənərsə, Azərbaycan ordusu işğal edilmiş torpaqlarımızı, o cümlədən gözəl Şuşamızı düşmən tapdağından azad etməyə hazırdır. Mən özüm də ehtiyatda olan zabit kimi Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə hər an döyüşə getməyə hazıram”x9d

Əlisahib Hüseynov Şuşanın və digər ərazilərimizin işğalıyla bağlı tədbirlərin, anım mərasimlərinin təkcə işğal ildönümləri ərəfəsində yox, bütün il boyu davam etdirilməsinə böyük ehtiyac duyulduğunu məxsusi vurğuladı.

Partiya sədri QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü və dəstəyi ilə keçirilən “Şuşaya azadlıq”x9d kampaniyasının və bu kampaniyanın xarici dəstəkçilərinin toplantısının böyük əhəmiyyət daşıdığını da qeyd elədi.

Tədbirdə akademik Ziyadxan Nəbiyev, pedaqoji elmlər doktoru Rəfiqə Əskərova (şəhid döyüşçü Gültəkin Əskərovanın anası), Beynəlxalq Heydər Əliyev Düşüncə Mərkəzinin rəhbəri Vüsal Bayramlı, DADP sədrinin müşaviri Esmira Şükürova və digərləri çıxış etdilər. Onlar işğalla bağlı faktların xüsusən də gənclər arasında davamlı şəkildə təbliğ edilməsinin zəruriliyini vurğuladılar.

Tədbirdə Yeganə Nur, Mərcan və b. şairə xanımlar Şuşa haqqında, Vətən haqqında şeirlərini oxudular.

Tədbirin sonunda Əsəd Cahangir Şuşanın azad ediləcəyi günün elə də uzaqda olmadığını bir daha vurğuladı və bu iş üçün hər bir azərbaycanlını öz üzərinə düşən vətəndaşlıq vəzifəsini layiqincə yerinə yetirməyə çağırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin