I Avropa Oyunları ilə əlaqədar olaraq avropadan gələcək qonaqlar üçün hər cür rahatlıq yaratmağa çalışan və az qala ölkənin ictimai-məişət həyatını tamamilə dəyişən hakimiyyət, Azərbaycan xalqının rifahı üçün eyni canfəşanlığın yüzdə birini belə ortaya qoymuş deyil. Maraqlıdır, hakimiyyətin Azərbaycan xalqına ikinci dərəcəli, ikinci kateqoriyalı toplum kimi yanaşması nə ilə bağlıdır?
Məsələ
ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Səxavət
Əlisoy hər xalqın özünə uyğun hakimiyyətə malik olduğunu vurğuladı:
“Hər
xalqın özünə uyğun hökuməti olur. Məsələn, almanlar ciddi, dürüst bir millətdir
və buna rəğmən hökumətləri də çox düzgün fəaliyyət göstərir. İngilislər,
yaponlar, fransızlar da eynən almanlar kimi ağıllı, savadlıdır və hökumətləri də
onların ağlı ilə hesablaşmaq zorundadır. Bizim dürüstlüyə, dəqiqliyə, elmə, təhsilə
allergiyamız var və hökumətimiz də bu mental keyfiyyətimizə çox düzgün qiymət
verərək istədiyi kimi rəftar sərgiləyir. Biz ən azı 50 il elə belə də
qalacağıq. Yalana, yaltaqlığa, saxtakarlığa qarşı xalq olaraq bu gün müharibə
etsək, təkrar edirəm ən azı 50 il gərəkdir ki, başımızı dəyişdirə bilək. Kimlərsə
bəlkə də optimistdir, düşünür ki, mən hakimiyyətdə olsam, bu xalqn rifahını bərqərar
edəcəm, bu yalnız sadəlövhlükdür. Xalqın özü istəyini ortaya qoymalıdır. II
Dünya savaşından sonra çoxları Almaniyanın iqtisadi qalxınmasını K.Adenaurun
adı ilə bağladı. Əslində isə, Almaniyanın qalxınmasını təmin edən ALMAN
xalqının özü idi. Məhz alman ağılı, dərrakəsi dağılmış bir ölkəni qüdrətli dövlətə
çevirdi... Nə qədər ki, bizim dünyaya baxışımız normal deyil hər gələn iqtidar
bu xalqın baqşına istədiyi oyunu açacaq. O ki, qaldı Avropa Oyunlarına, tam səmimi
deyirəm, mən hətta bu tipli oyunların hər il Bakıda keçirilməsinin tərəfdarıyam.
5-10 il dalbadal Azərbaycan belə olimpiadalara ev sahibliyi etsə, xalqımızın
şüurunda pozitiv dəyişikliklər baş verər və yuxarıda hallandırdığım o 50 il,
40-a, yaxud 30-a düşə bilər”x9d.
Pərviz Əliyev































































































