Qənirə Paşayeva anti-Azərbaycan güclərin əleyhimizə apardığı kampaniyalardan danışıb

Hazırda oxunan: Qənirə Paşayeva anti-Azərbaycan güclərin əleyhimizə apardığı kampaniyalardan danışıb

76700
Millət vəkili Qənirə Paşayeva Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonu ilə görüşdə "Azərbaycanı da təbliğ edin" deyib.

Millət vəkili Qənirə Paşayeva Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonu başqanı Bektaş Tanırverdi və üzvləri ilə görüşdə Azərbaycan, iqtisadi inkişafı, turizm potensialı, Qarabağ, Xocalı həqiqətləri ilə bağlı geniş məlumat verib. Onu mükafatla təltif edən Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonu başkanı Bektaş Tanrıverdiyə və qurumun üzvlərinə çox gözəl işlər görən, layihələr həyata keçirən Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonunu təbrik edib və onlara uğurlar diləyib. Qənirə Paşayeva ölkəmizdə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın daha da genişləndiyini bildirib. O eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanlarımızdan, onların fundamental insan haqlarının Ermənistan tərəfindən 20 ildən artıqdır ki, tapdalanmaqda davam etməsindən də danışıb. Millət vəkili bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün insanlarımız bu məsələlərə laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdır. 
Qənirə Paşayeva Türkiyənin Kültür Turizm və Kalkınma Federasyonu başkanı Bektaş Tanrıverdi və bütün kollektivini öz fəaliyyətlərində Azərbaycana və Azərbaycanla əməkdaşlığa daha da geniş yer verilməsini və Türkiyə ilə bərabər dünyada Azərbaycanı, onun inkişafını, turizm potensialını da təbliğ etmələrini xahiş edib. Azərbaycanda keçiriləcək böyük idman hadisəsi olan Avropa Oyunları ilə bağlı geniş məlumat verən millət vəkili Qənirə Paşayeva Azərbaycanı istəməyən bəzi güclərin Azərbaycan əleyhinə apardığı kampaniyalardan danışıb və minlərlə üzvü olan Federasiyadan onlara qarşı mübarizədə və Azərbaycanın təbliğində daha fəal rol oynamağa çağırıb. O, Kültür Turizm və Kalkınma Federasyonu başkanı Bektaş Tanrıverdiyə və üzvlərinə qurumun Azərbaycan tarixi, mədəniyyəti, musiqisi ilə bağlı hədiyyələr və özünün müəllifi olduğu kitabları təqdim edib və onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən Kültür Turizm və Kalkınma Federasyonu başkanı Bektaş Tanrıverdi bundan sonra öz fəaliyyətlərində Azərbaycana geniş yer verəcəklərini bildirib. Görüş zamanı bir sıra layihələr ətrafında fikir mübadiləsi də aparılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin