Hərbçilərin ölkədən çıxışı çətinləşdirilir ”“ təhlükəsizlik tədbiri, yoxsa bürokratik əngəl?

Hazırda oxunan: Hərbçilərin ölkədən çıxışı çətinləşdirilir ”“ təhlükəsizlik tədbiri, yoxsa bürokratik əngəl?

76676

Məlum olduğu kimi, ölkə qanunvericiliyinə edilən son dəyişikliklər hərbçilərin ölkədə çıxmasını çətinləşdirib. Belə ki, vaxtiylə ölkə hüdudlarından kənarda hansısa əməliyyata cəlb edilən müddətli hərbi qulluqçular bundan sonra ölkədən çıxmaq üçün müvafiq icra hakimiyyətinin razılığını almalıdır. Yalnız bundan sonra həmin şəxslərin ölkə sərhədlərini tərk etməsinə icazə veriləcək.

Parlamentin bu qərarı cəmiyyətdə  heç də birmənalı qarşılanmayıb. Belə ki, vətəndaşların bəzisi bunu ölkənin təhlükəsizliyi, hərbi sirlərin qorunması baxımından vacib hesab etsə də, bu dəyişikliyin əlavə bürokratik əngəllərə səbəb olacağını düşünənlər də az deyil. Bu qəbildən olan şəxslərin qənaətincə, xüsusi əməliyyatlara cəlb edilən, Azərbaycan dövlətini başqa ölkələrdə təmsil edən hərbçilər onsuz da öz məsuliyyətlərini kifayət qədər yaxşı başa düşür və bu şəxslərin ölkədən çıxması üçün əlavə sənədlər tələb etmək lüzumsuzdur.

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən “Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov öncə qanunda edilən dəyişikliklərin mahiyyətini şərh edib:

“Milli Məclisin sonuncu iclasında “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”x9dyə dəyişikliklər edilməsi barədə”x9d qanun layihəsi müzakirəyə çıxarılıb və layihə səsə qoyularaq qəbul olunub. Sənədin mahiyyəti ondan ibarətdir ki, Əsasnamənin 154-cü maddəsinə “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə qulluq edən hərbi qulluqçular (hərbi attaşelər, hərbi nümayəndələr və onların köməkçiləri istisna olmaqla), habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq hərbi təlimlərə, antiterror, xilasetmə və xidməti zərurətlə bağlı digər tədbir və ya əməliyyatlara cəlb olunan müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanlarının rəsmiləşdirilmiş icazəsi olduqda Azərbaycan Respublikasından gedə bilərlər”x9d məzmunda hissənin əlavə edilməsi təklif olunub. Bundan başqa, həmin maddənin dördüncü hissəsindən “həmçinin xarici ölkələrə getmək”x9d sözləri çıxarılır”x9d.

Ü.Cəfərovun sözlərinə görə, qanunvericiliyə edilən son dəyişiklik bilavasitə ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı məsələdir və bu baxımdan hər kəs tərəfindən anlayışla qarşılanmalıdır: “Dəyişikliklər sənədin Miqrasiya Məcəlləsinə uyğunlaşdırılması məqsədi ilə aparılıb. Əgər bundan əvvəl istər Müdafiə Nazirliyinin, istərsə də digər güc strukturlarının nümayəndələri çox rahat şəkildə ölkə hüdudlarından kənara çıxa bilirdilərsə, bundan sonra bu məsələ bir qədər çətinləşdirilib. Bu da sırf ölkənin müdafiəsi və təhlükəsizliyi ilə bağlı olan məsələ olduğuna görə, prinsip etibarı ilə başa düşülən və anlaşılandır”x9d.

Hərbi ekspertin bildirdiyinə görə, bu vaxta qədər hərbi qulluqçular ölkə ərazilərini çox rahat şəkildə tərk edərək xarici ölkələrə gedirdi ki, bu da onları xarici dövlətlərin xüsusi xidmət orqanlarının hədəfinə çevrilir. Hansı ki, bu şəxslərə müxtəlif formada təzyiq göstərməklə onlardan dövlətin təhlükəsizliyinə ziyan vuracaq hansısa məlumatlaırn öyrənilməsi ehtimalı mövcud idi:

“Müharibə vəziyyətində olan bir ölkənin hərbi qulluqçusu xaricə səfər edərkən, ailə üzvləri, yaxud fərdi şəkildə onlar çox asanlıqla bu və ya digər formada xarici ölkə xüsusi xidmət oraqanlarının, o cümlədən maraqlı dairələrin mərkəzində olurdular. Yəni onlar ya fiziki təzyiq altında, ya da müxtəlif formalarda təzyiq və şantajlar yolu ilə dövlətin müdafiə qabiliyyətinə ziyan gətirə biləcək məlumatları kimlərəsə verə bilərdilər. Bundan sonra isə bu məsələlərə diqqət artırılacaq”x9d.
Ü.Cəfərovun sözlərinə görə, əslində bundan öncə də hərbçilərin ölkədən çıxışı ilə bağlı bu cür qaydalar olsa da, buna lazımınca əməl edilmir və bu sahədə ciddi boşluqlar müşahidə edilirdi: “Əslində bundan əvvəl də bu qaydalar mövcud idi. Sadəcə, son bir neçə ildə bir növ bu işlərdə bir qədər boşluq yaranmışdı. Bunu da aşkar edən Milli Təhlükəsizlik Nazirliyinin və Hərbi Əks Kəşfiyyat İdarəsinin peşəkarları nəhayət ki, bu işlərdə bir qayda-qanun yaradılması üçün öz təkliflərini müvafiq dövlət və hökumət orqanlarına çatdırdıqdan sonra bu işə prioritet qaydasında baxıldı. Əlbəttə ki, narahatçılıq üçün ciddi əsaslar olduğuna görə, bu məsələ tez bir zamanda müzakirəyə çlxarıldı və qərar qəbul olundu. Düşünürəm ki, bu düzəlişlərin qəbulundan sonra güc strukturlarının rəhbərləri bu sahəyə diqqəti son dərəcə gücləndirəcək və müdafiə məsələlərimizdə boşluqların yaranmasına imkan verməyəcəklər”x9d.

 

Seymur Əliyev

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin