Xarici ölkələrin hərbi attaşeləri Gəncədə hərbi hissədə - FOTO/VİDEO

Hazırda oxunan: Xarici ölkələrin hərbi attaşeləri Gəncədə hərbi hissədə - FOTO/VİDEO

76636
Onlar əsgərlərin şəraiti ilə tanış olublar.

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşelər Gəncə şəhərində yerləşən hərbi hissədə olublar.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, on üç dövləti təmsil edən hərbi attaşelər burada əsgər yeməkxanası, yataqxanaları, məşğələ otaqları ilə tanış olublar. 

Qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərində də iştirak ediblər. Hərbi attaşelər burada yaradılmış xidmət və məişət şəraitindən, tədrisin səviyyəsindən məmnun qalıblar.

Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsində olaraq onun əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya tamaşa ediblər.

Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin