Qənirə Paşayeva 4-Ñx81ü Dünya Türk Forumunda geniş məruzə ilə çıxış edib

Hazırda oxunan: Qənirə Paşayeva 4-Ñx81ü Dünya Türk Forumunda geniş məruzə ilə çıxış edib

76354
Q.Paşayeva 4-Ñx81ü Dünya Türk Forumunda bundan sonra Dünya Türk Forumu və Çanaqqala zəfərinun məhz aprelin 24-də qeyd etməyi təklif edib

 Q. Paşayeva 4-Ñx81ü Dünya Türk Forumunda geniş məruzə ilə çıxış edib və bu gün Çanaqqala ruhuna böyük ehtiyacımız var deyib.

Q. Paşayeva Türkiyədə Çanaqqalada Azərbaycandan və Türk dünyasının müxəlif bölgələrindən Türkiyəyə gələrək şəhid olmuş şəhidlərin xatirəsi  üçün də bir abidənin qoyulmasını təklif edib
Q. Paşayeva 4-Ñx81ü Dünya Türk Forumunda Türk dövlət və toplumlarını məktəb və universitetlərdə  ortaq  türk  tarixi  dərsliklərini gənclərə oxutmağa çağırıb.
 İstanbulda keçirilən 4-cü Türk Dünyası Forumunda “100 Yılında Türk Dünyasında Çanaqqala ruhu”x9d mövzusunda müzakirələrdə geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva "biz birlikdə burada dədələrimizin yazdığı şərəfli tarixin də 100-cü ildönümünü birlikdə qeyd edirik və gənclərimiz Çanaqqala zəfəri ilə dünya tarixinə imza atan dədələrimizin qəhrəmanlıq yolundan örnək götürməlidirlər" deyib. Çanaqqala zəfərinin Türk tarixindəki böyük rolundan danışan millət vəkili Qənirə Paşayeva həmin zaman Azərbaycandan da yüzlərlə azərbaycanlının Çanaqqalada ölüm-qalım savaşı verən qardaş-bacılarımıza dəstəyə gəldiyini və şəhid olduğunu bildirərək onlar bizim hamımıza gerçək qardaşlıq örnəyi qoyublar dedi. Həmin dövrlərdə digər türk toplumlarından da çoxlu sayda Türk insanının Anadoluya dəstəyə gəldiyini deyən millət vəkili Qənirə Paşayeva Çanaqqala bütün Türk dünyasının zəfəridir və 100 il sonra bu gün Türk dünyasının bu ruha çox böyük ehtiyacı var çünki bu gün də müxtəlif coğrafiyalarda türk insanının ağır problemləri, acısı, gözyaşı var və onları həll etmək üçün bizim birliyimiz, bərabəırliyimizin daha da artması lazımdır deyib. Millət vəkili bundan sonra Dünya Türk Forumu və eyni zamanda Çanaqqala zəfərinun məhz aprelin 24-də qeyd etməyi təklif edib və Uluslararası Türk Akadememiyası rəhbəri Darhan Kıdırali ilə birlikdə Çanaqqalada Azərbaycandan və Türk dünyasının müüxəlif bölgələrindən gəlmiş şəhidlərin xatirəsi  üçün bir abidənin qoyulmasını da təklif edib. Uluslararası Türk Akademiyasının başqanı Darhan Kıdıralinin ortaq türk tarixi dərslikləri kitabları hazırdır fikrinə toxunan millər vəkili Qənirə Paşayeva Türk dövlət və toplumları məktəbdən,universitetlərdən başlayaraq bu kitabları gənclərə oxutmağa çağırıb və bunun vacibliyindən danşıb. “Türkdilli ölkələrinin ortaq tarix dərsliklərinin tədris edilməsinin böyük əhəmiyyəti var. Gələcək nəsillərin dildə, fikirdə, işdə birlik modeli ətrafında biri-birinə daha çox sahib çıxması, dəstək göstərməsi və güclənməsi bundan keçir.”x9d “Türkdilli ölkələrin ortaq tarix və ədəbiyyat dərslikləri yazılmalı və bütün türk dünyasında tədris olunmalıdır”x9d.Q. Paşayeva həmçinin türkdilli ölkələrin ortaq televiziya proqramlarının yayımının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb: “Belə olarsa türkdilli ölkələrin əhalisi arasında mənəvi bağlılıq daha da artar, bu sahədə inteqrasiya sürətlənər”x9d. Millət vəkili Qənirə PaşayevaRoma Papası Fransiskinin heç bir tarixi əsası olmayan açıqlamalarından, Avropa Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarlarından, son günlər Almaniya, Avstriya Parlamentinin qondarma erməni soyqırımını tanıyan qərarlarından danışıb və  dünyanın hər yerində yaşayan türk insanının bunlardan  narahat olması gərəkdiyini bildirib, bu ədalətsizliyə hamımız harda doğulub harada yaşamasından asılı olmayaraq bütün türk kökənli insanlar öz  etiraz səslərini ucaltmalıdır deyib.  Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər.Qondarma erməni soyqırımı iddiaları ilə millətimizə qarşı nələr edildiyi ortadadır. Bunlar ciddi mətləblərdən xəbər verir deyən millət vəkili Qənirə Paşayeva  dünyanın hər yerində türk insanı, gəncləri gerçəkləri görməli və dünyanın hər yerində yalanlara qarşı doğruları daha çox təbliğ edərək mübarizə aparmalıdırlar deyib. Qənirə Paşayeva yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır vədünyanın hər yerində yaşayan türk kökənli insanlar  Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar deyib.  Biz Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik.
Qənirə Paşayeva 4-Ñx81ü Dünya Türk Forumunda geniş məruzə ilə çıxış edib Qənirə Paşayeva 4-Ñx81ü Dünya Türk Forumunda geniş məruzə ilə çıxış edib Qənirə Paşayeva 4-Ñx81ü Dünya Türk Forumunda geniş məruzə ilə çıxış edib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin