Azərbaycan Ziyalılar Birliyinin rəhbəri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, görkəmli ziyalı Eldəniz Quliyev Moderator.az-a açıqlamasında son vaxtlar bəzi şəxslərin konformist maraqlardan çıxış edərək talış xalqını çaşdıqmaq istədiyini bildirib:
“Mən heç
bir siyasi, ictimai, maddi, hətta mənəvi divident güdmədən, Talış bölgəsində
yaşayan qardaş-bacılarımın hüquq və azadlıqlarını qorumaq üçün öz reputasiyamı,
siyasi kariyeramı, qazandığım az-çox hörmət-izzəti zərbə altında qoydum. Heç
nədən çəkinmədən, qorxmadan mövcud siyasi hakimiyyətlə ölüm-dirim mücadiləsinə
qatıldım. Yüksək çinli YAP funksionerləri olmazın sözünü dedilər, ünvanıma hədələr,
söyüş və təhqirlər yağdırdılar... Dözdüm! Çünki mən bütün bunları vicdanımın səsiylə,
ürəyimin hökmüylə, sidq-ürəklə edirdim və heç nəyə iddia və təmənnam da yox
idi. Talışın dilini, dinini, adət-ənənəsini, bərabərhüquqluluğunu, tarixini,
ruhunu, əxlaqını, bir sözlə, onun cəmi mental dəyərlərini ən yüksək səviyyədə
gündəmə gətirdim, doğma dilində tədris haqqını, milli televiziya yayım hüququnu
müdafiə etdim. Həbs olunmuş Talış ziyalılarının müdafiə komitələrinin
yaranmasında, onların şərlənərək həbs edilməsində hazırkı hakimiyyətin birbaşa
günahkar olmasını, rejimin yarıtmaz etnik siyasi kursunu tənqid atəşinə tutdum.
Və sidq-ürəklə düşündüm ki, bu, mənim ALIN YAZIM, missiyam, özüm üçün qəbul
etdiyim daxili prinsiplərimdir. Eyni münasibəti digər etnik azlıqlara da aid sərgilədim.
Mən günü bu gündə bu fəaliyyətimi davam etdirirəm və etdirəcəyəm də! Amma təəssüflər
ki, bəzi talış mənşəli psevdo-vətənpərvərlər öz xalqının taleyilə çox təhlükəli
oyunlar oynayır, konformist maraqlardan çıxış edərək, böyük Talış xalqını
çaşdırmaq istəyirlər. Özünü filosof adlandıran, əslində isə elementar mədəniyyətdən
uzaq Kahin adlı bir "xanıqa", nəsli-nəcabəti bilinməyən və sırtıq sifəti
ancaq tüpürmək üçün yaranmış Zabil Madoj soyadlı bir məxluq, eləcə də, sözün əsl
mənasında bu cındırların tilovuna düşmüş bəzi yelbeyin gənclər, artıq qocalıq
marazmı ilə yaşayan Ələkram Hümbətovun sayıqlamalarını tirajlayır və bununla
guya vətənpərvər olduqlarını sanırlar. Bu nadanlar heç olmasa, həmişə vicdanlı
mövqe nümayiş etdirən Ataxan Əbilovdan, Rabil Abdinovdan, Tofiq Məmmədovdan, İltifat
Rəimzadə, Seyran Rəfiyev və : " Mən Talış olduğum qədər də azərbaycanlıyam!"
deyən böyk şair Əli Nasirdən ibrət götürmək qabiliyyətinə də malik deyillər”x9d.
































































































