Putinin şilləsi

Hazırda oxunan: Putinin şilləsi

76317

“Yaxın gələcəkdə ABŞ və Avropaya qarşı Ankaranın hikkələri yenidən başlayacaq”x9d

 

Putinin 1915-ci il olayları ilə bağlı “soyqırım”x9d ifadəsi işlətməsi Türkiyədə ciddi narazılığa səbəb olub. Bununla bağlı etiraz bəyanatı yayan Türkiyə XİN-i Rusiyaya qarşı ciddi ittihamlar səsləndirib. Rəsmi Ankara Rusiyanı yüz illər ərzində türk-müsəlman xalqlarına qarşı soyqırımı həyata keçirməkdə suçlayıb: “Rusiyanın daim Qafqazlar, Orta Asiya və Şərqi Avropada yüz il boyunca həyata keçirdiyi kütləvi qətliamlar, sürgünlərlə öz tarixində Türk və müsəlman xalqlarına qarşı insanlıqdan kənar əməlləri göz önünə sərildiyində "soyqırım"ın nə olduğunu ən yaxşı özlərinin bilməsini düşünürük”x9d.

Bunun ardınca çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Putinin məlum açıqlamasını və Ermənistana səfərini yanlış addım kimi dəyərləndirib. Rusiya və Türkiyə hökumətləri arasında meydana çıxan bu gərginlik bu ölkələrin gələcək münasibətləri baxımından da müəyyən narahatlıq doğrumaqdadır.

Putinin soyqırım açıqlaması və Türkiyənin Rusiyanı əsrlərlə davam edən soyqırım siyasətində suçlması bu dövlətlərin yaxın gələcəkdəki ümnasibətlərinə nə vəd edir? Proseslər Türkiyə və Rusiya arasındakı müansibətlərin hədsiz gərginliyinə gətirib çıxarda bilərmi? Belə olarsa, o zaman bu gərginlikdən hansı tərəf daha çox itirəcək?

 

“Türkiyə Rusiya üçün  nəfəslik rolunda çıxış etdi, əvəzində...”x9d

 

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil tədqiqatçı və politoloq İlqar Altay öncə qondarma soyqırım məsələsi və bu məsələ fonunda baş verən proseslərə, bu proseslərin mahiyyətinə diqqət çəkdi: “24 aprel 2015-ci il günü tək iki antaqonist tarixi hadisənin - İrəvanda ermənilərin "soyqırımı" şousu və İstanbulda türklərin "Çanaqqala zəfəri"nin 100 illik ildönümü kimi əlamətdar olmadı. Bu tarix həm də bu hadisələrə, bu hadisələrin kökündə duran iki millətə - türklərə və ermənilərə münasibət ətrafında 100 ildən bəri yıgılıb qalıb paslanmış mövqelərin açılıb optaya qoyulması ilə əlamətdar oldu. Bu əlamətdar gün bununla, bu ətrafdakı bir sira suallara, gümanlara, yozumlara aydınlıq gətirdi və gətirməli idi. Çünki həmin gün geosiyasi çempionatın final günü idi ki, artıq bütün mövqe və imkanları gizlədib, “fırladıb”x9d ortaya qoymamaq mümkünsüz idi. Bu barədə geniş və hərtərəfli təhlilə varmayıb, yalnız bir neçə vacib məqam üzərində dayanaq.

Neçə vaxt idi mətbuatı, ictimaiyyəti suallar bürümüşdü ki, Rusiya və Türkiyənin yeni dostluq və qarşılıqlı strateji anlaşması dönəmində, Moskvanın antitürk erməni “soyqırımı”x9dnın  100 illik ildönümünə münasibəti necə olacaq? Hər iki tədbirə dəvət alan Moskva, “erməni soyqırımını”x9d ya “Çanaqqlal zəfərini”x9d üstün tutacaq? Bu tədbirlərə hansı səviyyədə qatılacaq? Səhhətinin hədsiz ağır və sönük dönəmini yaşayan prezident Putin ümumiyyətlə, bu tədbirlərə qatılacaqmı? Qatılacaqsa, hansına qatılacaq?

Türkiyə son dövrlər Rusiyaya doğru gözlənilməz dərəcədə xoşməramlı addımlar atmışdı.Ukrayna probleminə görə Qərb-Rusiya münasibətlərinin hədsiz kəskinləşdiyi dövrdə NATO üzvü olmasına rəğmən, Rusiyaya qarşı sanksiyalara qoşulmadı. İki ölkə arasında iqtisadi və çoxtərəfli münasibətlər daha da genişləndi. Nəticədə, Türkiyə lideri Ərdoğan heç kimə göstərilməyən təntənəli qəbulu Rusiya lideri Putin üçün Ankarada təşkil etdi. Avropanıın Rusiya qazının “cənub axını“ layihəsinə “yox”x9d deməsinə rəgmən, buna alternativ olaraq Ankarada həmin qazın Türkiyə ərazisindən keçməsi barədə Türkiyə-Rusiya strateji razılaşması imzalandı. Bu son addımları ilə Türkiyə Qərb tərəfindən iqtisadi sanksiyalar və siyasi təcrid təzyiqləri ilə üzləşmiş Rusiya üçün  nəfəslik rolunda çıxış etdi”x9d.

 

“Ermənilər məni türkiyəli politoloq kimi təqdim edərək yazırdılar ki...”x9d

 

İ.Altayın qənaətincə, Türkiyə və Rusiya dövlət başçıları arasında münasibətlər elə bir səviyyəyə çatmışdı ki, bu, Ermənistanda aşkar narahatlıq doğururdu:

“Ərdoğan-Putin dostluğu o dərəcədə isti və səmimi şəkil almışdı ki, artıq türk hökuməti, xalqı və hətta, türkmənşəli ölkələr belə, bu münasibətlərdən faydalı nəticələr çıxarmağa başlamışdı. Məsələn, Azərbaycanda artıq, Ermənistanın Rusiya üçün əhəmiyyətinin itməsi, Moskvanın Qarabağ məsələsində İrəvana təzyiqi və hətta işğal olunmuş 7 rayonun qaytarılacağı barədə ictimai-siyasi xadimlər və mətbuat səviyyəsində fikirlər, ümidlər səslənirdi. Qazaxstan prezidenti Nazarbayev öz ölkəsini Rusiya-Türkiyə dostluq və əməkdaşlığı, rus-türk birliyi qarantı kimi görürdü. Ermənilər isə, bu ərəfədə bu münasibətlərdən təşvişə düşməyə başlamışdılar. O dərəcədə ki, Putinin Ankaraya səfəri və qarşılanması barədə facebook statusumda yazdığım adi tənqdi və pessimist gözləntili yazımı dərhal götürüb rus və erməni dillərinə tərcümə edib əksər erməni sayt və qəzetlərində dərc etmiş, hətta daha da qabağa gedib, İlqar Altayı Türkiyə politoloqu kimi təqdim etmişdilər.

Nəticə isə, hissiyata qapılmayıb real siyasi düşüncəli insanların gözlədiyi kimi, əks effektli oldu. Rusiyanın “Canaqqala zəfəri”x9d toplantısına 4-cü, “erməni soyqırımı”x9d şousuna isə, 1-ci şəxsi getdi. Cənab Putin Türkiyə, MDB-dəki türkmənşəli dövlətlər və RF ərazisindəki türkdilli xalqlarla olan          münasibətlərin vacibliyinə rəgmən, nümayişkaranə şəkildə İrəvana səfər etdi, orada “soyqırım”x9d sözü işlətdi və ermənilərin faciəsini öz xalqının faciəsi kimi bəyan etdi. Bu da nəticə! Azərbaycan mətbuatında Türkiyə XİN-nin Putinin İrəvanda “soyqırım”x9d sözü işlətməsinə cavabı “ Türkiyədən Putinə şillə!”x9d başlığı altında dərc olunub. Amma, həqiqət budur ki, həmin əsl tərs şillə Putindən Ərdoğana və bu iki liderin dostluğundan fayda gözləyənlərə gəldi!”x9d

 

“Ankara Putinə “erməni soyqırını”x9d məsələsində xəbərdarlıq və çağırışlar edibmiş”x9d

 

 İ.Altayın sözlərinə görə, baş verən olaylardan çıxarılması gərəkən konkret nəticələr mövcuddur: “Buradan hansı nəticələri hasil etmək olar? Bir daha təəssüflə qeyd etmək istərdim ki, Türkiyə dövlətinin bu günkü xarici siyasəti dayanıqlı əsaslar və real düşüncə üzərində qurulmamışdır. Gəlin, Putinin soyqırım ifadəsi işlətməsindən sonra Türkiyə XİN-nin kəskin açıqlamasına diqqət yetirək: “...Türkiyənin dostluğuna önəm verməsi və həssasiyyətini nəzərə alması gərəkliyi gözlədiyimiz Rusiyanın səhv qərar verməsi...”x9d, “...Rusiya prezidenti Putinin bütün xəbərdarlıq və çağırışlarımıza rəğmən 1915-ci il hadisələrini soyqırım kimi qiymətləndirməsini qınayırıq...”x9d və s.

Demək, Ankara Rusiyadan ermənilərə münasibətdə Türkiyə ilə dostluğu və həssasiyyatına daha önəm verməsini gözləyirmiş. Demək, Ankara Putinə bu ərəfədə “erməni soyqırını”x9d məsələsində xəbərdarlıq və çağırışlar edibmiş. Görün, bütün dünya türklərinin istinad yeri olan 75 milyonluq qüdrətli Türkiyə dövləti Putin üçün bir yaxşı qəbul təşkili və qaz ümidləri əsasında Rusiya ilə münasibətdə hansı sadəlöhvlüyə yol veribmiş. Türkiyə başbilənləri üçün hesablyıb ölçüb-biçmək nə çətin imiş ayird edəsən ki, Ermənistan və ermənilər Rusiya üçün Rusiyanın milli məınafeyinin özülü qədər əhəmiyyət daşıyır. Rusiya üçün Erməınistanı itirmək Qafqazı itirmək və oradan da RF çöküşünə gedilməsi ilə bütün imperiyanı itirmək deməkdir. Moskva üçün bu dəyərləri hansı Ərdoğan-Putin dostliğu əvəz edə bilər?

Bu arada ABŞ prezidenti Obama “erməni soyqırımı”x9d barədə bəyanatında bu hadisəni soyqırım kimi tanımaqdan imtina etdi. Bu da Türkiyə hökumətinin daima ikiüzlülükdə suçladığı Amerika Birləşmiş Ştatları!”x9d

 

“Türkiyə Rusiyadan çəkinmir, sadəcə...”x9d

 

İ.Altayın fikrincə, Türkiyə və Azərbaycan arasındakı münasibətlərdə ciddi mənada nəyinsə dəyişəcəyini güman etmir:

 “Bundan sonrakı Türkiyə-Rusiya münasibətləri necə olacaq? Inanıram ki, heç nə dəyişməyəcək. Bir az dartışma və zaman keçimindən sonra, milli ehtiraslar səngiyəcək. Türkiyə rəhbərliyinin prinsipsizliyi yenidən işə düşəcək və Rusiya ilə “isti”x9d münasibətlər öz axarında davam edəcək. ABŞ və Avropaya qarşı Ankaranın hikkələri yenidən başlayacaq. Çünki biz türk toplumlarında bir misal var: uman yerdən küsərlər! Biz, uman yerdən inciyib küsmək qalsın, hətta, bəzən onu cırmaqlayıb, yaralayib, dağıdırıq!

Çox qəribədir, Türkiyə bir böyük və güclü dövlət olaraq NATO və türk dünyasının dəstəyindən yararlanıb Rusiya şovinizminə qarşı cıxmaq imkanında və qüdrətində oldugu halda, bu gün bir çox hallarda Moskvanın, Putinin yanında yer alır. Halbuki, böyük tarixi şans yaranıb ki, öz Krım tatarlarını, Qarabağ türklərini, Sibir, Altay türklərini rusların caynağından qurtarmaq və nəhayət, region və bütün dünyada öz Türk dövləti mövqeyini gücləndirmək üçün tarixi şans yaranıb. Əksinə, bu gün Rusiya qonşuluğu və təsiri altındakı, yeni müstəqillik qazanmış Azərbaycan kimi kiçik dövlətlər Moskvaya qarşı cürətlilik və güzəştsizlikdə Türkiyəni geridə qoyur.

Niyə? Niyə belədir Türkiyə? Rusiyadan qorxub çəkinir? Ola bilməz! Ordusu, iqtisadi gücü, milli birliyi, beynəlxalq dəstəyimi Rusiyadan zəifdir? Qətiyyən yox! Bəlkə ona görə ki, Türkiyə kimi böyük, qüdrətli, çoxmilyonlu dövlətin xarici siyasəti absurd olaraq bir nəfərin xarakter və düşüncəsi üzərində qurulub. Bəlkə cənab Ərdoğan öz xarakter və təfəkkürünə görə özünü daha çox Putinin yanında görür? Suallar çoxdur və zaman özü buna aydınlıq gətirəcək”x9d.

 

Seymur Əliyev              

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin