SOCAR məlumat yaydı.
Aprelin 22-də SOCAR prezidenti Rövnəq Abdullayev Əlcəzair Energetika Nazirliyinin Baş katibi, bu ölkənin OPEC-dəki nümayəndəsi Əhməd Messili ilə görüşüb.
Bu barədə Moderator.az -a SOCAR-dan məlumat verilib.
SOCAR-ın məlumatına görə, Əhməd Messili ölkəsində bildirib ki, Bakıya səfərlərində məqsəd iki ölkənin dövlət neft şirkətləri arasında münasibətlərin yaradılması və dərinləşdirilməsindən ibarətdir. Qonaq SOCAR-la əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
Öz növbəsində, Rövnəq Abdullayev SOCAR-ın əməkdaşlığa açıq şirkət olduğunu, xarici şirkətlərlə əməkdaşlıq sahəsində böyük təcrübə qazandığını diqqətə çatdırıb, bildirib ki, Əlcəzair şirkətləri ilə əməkdşalıq üçün geniş perspektivlər vardır. O, qarşılıqlı imkanların öyrənilməli və təhlil edilməli, əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməli olduğunu qeyd edib.
































































































