“Yəməni hansı ölkənin dağıtdığı gün kimi aydındır”x9d- İran səfiri

Hazırda oxunan: “Yəməni hansı ölkənin dağıtdığı gün kimi aydındır”x9d- İran səfiri

75838
 “İranın Yəmənə silah satması əsassız şayədir”x9d.

Moderator.az -ıın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.
 
O bildirib ki, İranın Yəmən hadisələrində rolu yoxdur: “Yəməni hansı ölkənin dağıtdığı, orada günahsız insanları öldürməsi gün kimi aydındır. Ona görə də səbəbkar axtarmaq lazım deyil. Ora müdaxilə edən Səudiyyə Ərəbistanıdır. Bu münaqişə ölkə daxilində baş verdiyi üçün elə daxildə də həll edilməli idi, xarici ölkələrin qanunsuz müdaxiləsinə ehtiyac yox idi”x9d.
 
Səfirin sözlərinə görə, İran Yəmən münaqişəsinin həlli ilə bağlı 4 maddəlik plan irəli sürüb: “Birincisi, atəşkəs elan olunmalıdır. Sonra tərəflər masa arxasına oturmalıdır. Ardınca Yəmən xalqına yardım edilməlidir və seçki yolu ilə xalq öz dövlət quruluşunu müəyyən etməlidir”x9d. 
 
Diplomat Yəmənə hərbi müdaxilənin beynəlxalq qanunlara zidd olduğunu bildirib: "Çünki bir ölkə özbaşınalıq edərək qonşu ölkəyə müdaxilə edir, bu qanunsuz bir hərəkətdir. Əgər ABŞ bununla bağlı narahatdırsa, o zaman beynəlxalq qanunlara hörmətlə yanaşsın".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin