İlham Əliyev Moskvada parada gedəcək

Hazırda oxunan: İlham Əliyev Moskvada parada gedəcək

75815
“Prezident Vladimir Putindən dəvət alıb”x9d.

Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək.

Moderator.az xəbər verir ki, bu barədə APA-nın “Prezident İlham Əliyev Qələbə günü ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirak edəcəkmi”x9d sualına cavabında Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi Azər Qasımov bildirib.
 
“Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu tədbirlərdə iştirakla bağlı hələ bir neçə ay bundan öncə Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən dəvət alıb və həmin vaxt Rusiya tərəfinə rəsmi olaraq bildirilib ki, Prezident İlham Əliyev cari ilin may ayının 9-da Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçiriləcək Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş hərbi paradda və bayram tədbirlərində iştirak edəcək”x9d, - deyə A. Qasımov qeyd edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin