“Azərbaycanın kifayət
qədər güclü hüquq mühafizə orqanları var. Belə olan təqdirdə I Avropa Olimpiya
Oyunları ilə bağlı Bakıya gəlməsi nəzərdə tutulan ermənilərdən hər hansısa təxribat
xarakterli addım gözləmək düzgün deyil”x9d.
Moderator.az
xəbər verir ki, bunu millət vəkili Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, həm Milli Təhlükəsizlik
Nazirliyinin, həm də Daxili İşlər Nazirliyinin gücü ermənilərə çox yaxşı bəllidir:
“Buna
görə də, mən düşünmürəm ki, Olimpiya Oyunları ilə bağlı Bakıya gələcək ermənilər
hər hansısa qeyri-qanuni addım atsınlar, yaxud da təxribat törətsinlər. Ermənistan
kimi cılız bir dövlətin nə kəşfiyyat sistemi, nə də terrorçu təşkilatları Azərbaycanı
təhdid edə bilməz. Bu dövlət məhz arxasında dayanan qüvvələr hesabına nələrəsə
nail olamağa çalışır. Əks təqdirdə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini
çoxdan həll etmiş olardı. Buna baxmayaraq, tam əminliklə deyə bilərəm ki, çox
qısa zaman ərzində bu münaqişəyə də son qoyulacaq və Azərbaycan öz əzəli
torpaqlarını azad edəcək”x9d.
Eltun

































































































