Hüqşünas-siyasətçi Mətləb Mütəllimliyə
Görkəmli filosof-alim Əbülhəsən Abbasov Moderator.az-a məqaləsində baş prokurorun keçmiş müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimlinin 10.04.2015-ci il tarixli yazısına (//moderator.az/index.php?xeber=74827 )cavab verib. Həmin məqaləni olduğu kimi oxucuların diqqətinə çatdırırıq.
Əvvələ, hörmətli Mətləb bəy, Sizə səmimi salamlarımı yetirir və böyük
uğurlar diləyirəm! Təşəkkür edirəm ki, mənim yazıma belə ciddi diqqət
göstərmisiz. Həm də ona görə minnətdaram ki, ümumiyyətlə, biganə, laqeyd adam
deyilsiz və Sizdə sosial ədalət hissi güclüdür. Bu ədalət arzusudur ki, Sizin
uzunmüddətli mübarizənizə qida və təpər verir. Onu da deyim ki, vaxtilə mən
həqiqi kommunust Antonio Qramşinin “Biganələrə nifrət edirəm!”x9d adlı bu gün də
aktual olan gözəl yazısını tərcümə edib “Demokratik Azərbaycan”x9d qəzetində çap
etmişdim. Yazını dəyərli oxucular çox bəyənmişdilər. Hörmətli İlyas müəllim, Rəsul
bəy, Sərdar bəy, Qurban bəy və başqaları, yəqin ki, bunu xatırlayırlar. Həmin
yazıda deyilirdi: “Yaşamaq ”“ deməli, müəyyən mövqe tutmaq. Biganəlik ”“ bu,
həyat yox, iradəsizlik, parazitlik, qorxaqlıqdır, ətalətə və durğunluğa
sürükləyən qurğuşun yüküdür. O, fələyin hoqqalarına itaətkarlıqdır, kobud
materiyadır ki, əqlə qarşıdır”x9d. Ona görə də bir daha vurğulayıram: eşq olsun
biganə qalmayanlara!
Hörmətli Mətləb bəy, keçmiş zamanlarda, mənim üşaqlıq çağlarımda, biz
tərəflərdə yazıq günə qoyulmuş bir Aloysar kişi vardı. Dəqiq adı nəydi, heç özü
də bilmirdi. Elə hamı bu adla çağırırdı. Çağırmaları bir yana, ata-analar
uşaqları bu adla qorxudur, bu adla tərbiyə edirdilər ”“ “Ə, heyvan balası, oxu,
adam ol!Yoxsa, Aloysar olacaqsan!”x9d- yəni, adamlar sırasında sənin yerin yoxdur.
Mənim də ki, oxumaqla, yazmaqla heç aram yox idi. İkinci sinifdə (rus
məktəbində) oxuyurdum, günlərin birində rəhmətlik atam axşam evə gələndə mən
yadına düşdüm, daha doğrusu, mənim dərs oxumağım. Atam da ki, müharibə görmüş,
sərt, zəhmli, ucaboy-enlikürək adam idi. Xüsusən hirslənəndə üzünə baxmaq
olmurdu, adam yerindəcə donurdu, o dünyalıq olurdu. Bax, belə! “Gəl, dərsi
danış”x9d deyəndə ürəyim yerindən qopdu. “Nəyi danışım, heç kitabı açmışam ki?”x9d-
içimdə dedim. İndi rus dilində əməlli-başlı yazdığıma baxmayın, ibtidai
siniflərdə oxuyanda bu dildən o qədər zəhləm gedirdi ki, heç “Rodnaya reç”x9d
kitabını görmək də istəmirdim. Bu şoğərib kitabdan da ki, “Belolobıy”x9d hekayəsini
danışmalıydım. Dediyim kimi, danışmaq nədi, mən onu yalnız üzündən
hecalaya-hecalaya oxuya bilərdim. Elə “Be-lo-lo-bıy”x9d demişdim, şapalaq aldı,
gözümdə od çatladı. “Yox, sən adam olası deyilsən, Aloysarsan ki, Aloysarsan!”x9d-
deyib, biryolluq məndən əlini üzdü. Aloysara yazığım gəlsə də, Aloysar olmaq
istəmirdim, adam olmaq istəyirdim. Bəlkə elə filosofluğum buradan, Aloysar
olmamaq arzusundan başlayıb? Sözümün mənası odur ki, Aloysarın mənim filosof
olmağımda da rolu var. Di gəl ki, indi bu yazıq xalqı, bütövlükdə Aloysar halına
salıblar. Aloysarların çoxluğu nə verəcək, deyə bilmərəm, gələcək göstərər.
Bəlkə də, artıq göstərir. Hər halda, kəmiyyət dəyişmələri keyfiyyət
dəyişmələrini labüd edir. Qorxuram ki, bu yeni keyfiyyət çox eybəcər ola.
Hə, Mətləb bəy, bu Aloysarı adam yerinə qoymasalar da, kim gəldi,
buyururdu, eşşək yerinə işlədirdi: su gətir, odun yar, məhlə bellə, ot-saman
yığ, yük daşı. Kimsə, ürəyiyumşaq bir parça çörək verərdi, yeyib, yenə də,
növbəti buyruğun dalınca gedərdi. Heç kimin yadına düşməzdi ki, bu bədbəxt də ayda-ildə bir dəfə olsa da, çimməlidir, yuyunmalıdır. İnsafən, rəhmətlik ana
babam ”“ hər halda Qazaxda seminariyada oxumuşdu, müəllim işləyirdi ”“ vaxtaşırı
Aloysarı gətirərdi evinə, nənəm rəhmətlik vedrələr əlində sevinə-sevinə su
dalınca qaçardı, qızdırardı, təmiz pal-paltar hazırlayardı. Olduqca təmizkar,
gülərüz, qonaqsevən olan nənəm bu işləri elə həvəslə, şövqlə görərdi ki, adamın
kefi durulardı. Bir də ki, o vaxtlar “gender”x9d dərsi verən, ərdən-ərə qaçan
xanım-ekspertlər, səfehliyə zuy tutan kişilər, bizi yaman günə qoyan tele-radio
kanalları yox idi. Kişilər arvadlarından arxayın idilər. İndi hansı kişi,
istəsə belə, evinə Aloysarı hamamlanmaq üçün gətirər!? Duxu çatsa da, arvad onu
cəhənnəmlik edər. Görmürsüz, gündə neçə kişi-arvad bir-birini şaqqalayır?
Deyəsən, həmin yeni keyfiyyətin əlamətləridir.
Günlərin birində, mən artıq doqquzuncu sinifi bitirmişdim, səs-səda
gəldi ki, Aloysar ölüb. Daha doğrusu öldürmüşdülər, Aloysarın dərdinə qalan kim
idi ki, cinayətin üstünü açsın. Aralıqda gəzən söz-söhbətə görə iki nəfər ”“ bir
“Saratovka göyçəlisi”x9d, bir də “mestnıy”x9d gəda ”“ sporlaşıblar: “sən yox, mən daha
yaxşı podnoşka verə bilirəm”x9d. Gədalardan biri elə bu vaxt dərəyə su dalınca
gələn Aloysarı görüb, eləmə tənbəllik, priyoma salıb. Üzü üstə daşa dəyən, can
verən Aloysarı oradaca qoyub aradan
çıxıblar.
Yaxşı yadımdadır, Aloysarın ölümündən sonra (sanki, bu yazıq bəndəyə
edilən zülmlərə görə, Allah insanlara divan tutmaq, onlardan qisas almaq
istəyirdi) aləm qarışdı, göyün üzünü qara buludlar aldı, günün günorta çağı qaranlıq
çökdü, ətrafı zülmət bürüdü, qasırğa qopdu, şimşək çaxdı, yağış və görünməmiş
dolu yağdı. Bir salamat ağac, əkin-səpin yeri qalmadı. Dolu hər şeyi
şampırdaqlayıb yaraladı, şırımladı, dəlmə-deşik etdi, yoxa çıxartdı. Ağaclarda
nəinki yarpaq, meyvə nümunəsi qaldı (artıq iyul ayının ortaları idi), onların
gövdələri sıradan çıxdı. Nəticə olaraq, meyvə ağacları illərlə bar vermədi,
məhsul olmadı, əkin-səpin yerləri viranə qaldı, otlaqlar, çəmənliklər, meşələr
qurudu, torpağın özü əldən düşüb korroziyaya uğradı, dörd yanı yarğanlar,
uçurumlar mənzərələdi.
Nənəm dünyasını dəyişənə kimi elə hey deyirdi ki, bu, Aloysara
etdiyimiz pisliklərə görə Allahın verdiyi cəzadı. Nəsə, tarixi bir hadisə baş
verdi, əsl “keçidimiz”x9d onda başladı, Sovetlərin dağılmasından sonrakı
tranzitimiz, sadəcə, bunun davamıdı. İndi AzTv, İtv hey çalışırlar, fayda
olmur, qara əskiyə bükülmüş qara OVQATımızı ağ düruma sala bilmirlər.
Düzünə qalanda, bizim tərəflərdə doğum-ölüm tarixini yadda saxlamaq,
xüsusi qeyd etmək o dərəcədə də dəbdə deyil. Aloysarın da nə vaxt öldüyü
kiminsə yadında qalıbsa, bu məşum tarixi hadisəyə görədir. Onun torpağa
basdırıldığ günün dalınca elə sarsıntı keçirdik ki, heç yeni təyin olunmuş
katibin, ölkə rəhbərinin də gəlişinə doyunca sevinə bilmədik. Düzdü, bir-iki
nəfər macal tapdı, sevindilər. Belə ki, siyasətdən tamamilə uzaq bir eldə-obada
bunlar yeganə adamlar idi ki, siyasətlə nəfəs alırdılar, biri hətta (dörd ay
sonra, qışın adamı Karbışevə döndərdiyi vaxtda, dekabrda!) Voroşilov öləndə
Moskvaya da getmişdi ”“ Kliment Yefremoviçin dəfninə. Qayıdanda bu İtkin müəllim
döşündə hansısa zibillikdən tapdığı medalı gəzdirirdi, “Moskvada veriblər”x9d
deyirdi. “Ə, bu ata-anasını tanımayan afyora lap orden də verərlər, nə bilirsən,
havayı yerə Çekist İtkin demirlər ki!”x9d- dalınca danışırdılar. “Heç onu görüm tapılmayaydı, itdən törəmiş köpəkoğlu! İbtidaisindən bir çekistimiz, Cüben
Məmmədimiz varıydı də!”x9d ”“arvadlar qarğış töküb ürəklərini boşaldırdı. İnsafən,
Cüben Məmmədin elə də çekistliyi yox idi, İtkin kimi camaatın mal-qarasını
şilküt etmirdi, suyunu-yolunu kəsmirdi, sadəcə, kənddən-eldən rayon mərkəzinə
donos aparırdı, o da söz-söhbətə görə.
E-e-h, Mətləb bəy, Aloysarı görəsən indi məndən başqa xatırlayan,
yada salan varmı? Çətin ki, olsun! Xatırlamırlarsa, deməli, bu zülm-zillət hələ
çox çəkəcək. Əslində, xatırlamaq da azdır. ”“ Hamılıqla gərək onun və onu
kimilərin (hər elin öz Aloysarı olub və var!) ruhu qarşısında baş əyək, səcdə
qılaq, vaxtilə etdiyimiz qəddarlığa, daşürəkliliyə görə üzr istəyək. Bəlkə onda Allahın bizə rəhmi gələ, günahlarımızdan keçə, zülmətə qərq olmuş
mövcudluğumuza işıq şüası saça. Bu qənaətdə çox israrlıyam: Aloysardan və onun
kimi minlərlə soydaşlarımızdan üzr istəməliyik. O sayılmaz, adam yerinə
qoyulmaz adamlardan ki, elə bizim naxələfliyimizdən, amansızlığımızdan
gözümüzün qarşısında cəhənnəm əzabı çəkiblər, sağkən odda-alovda qovrulublar.
Mən yazıçı deyiləm, ancaq məcburam ki, Drayzer sayağı çıxış edəm, keçmişdə və
indi ayaqlar altında inildəyən, varlığının bütün hüceyrələrindən göz yaşları saçan
bu “xırda”x9d, “cüzi”x9d adamların məşəqqətli talelərinə diqqət çəkəm və var gücümlə
səslənəm: ey insanlar, yan-yörənizdə əzilən, elə bizim sərsəm fəailiyyətimiz
nəticəsində aclıqdan-soyuqdan-evsizlikdən-haqsızlıqdan sürünə-sürünə məhv olan yiyəsiz-kimsəsiz
bəndələrə üz çevirin, onlara əl tutun, heç olmasa, biganəlik nümayiş
etdirməyin. Axı, onlar da canlıdır, insandır, ağrıyan yerləri hamınınkından
çoxdur. Axı, əzilənləri əzməklə, bədbəxtləri daha da bədbəxt etməklə nə xalq,
nə millət olmaq mümkün deyil. Millət ən adi bəndəsinə sayğılı, qayğıkeş
münasibətin ifadəsi və nəticəsidir! Dövlət də eynilə, imtiyazlı azlığın yox,
sadə çoxluğun etirafı və xoşbəxtliyi hesabına təyinatına cavab verir. Böyük
Aristotel deyirdi ki, dövlətin başlıca vəzifəsi ”“ insanları xoşbəxt etməkdir.
Əks halda, o, siyasi zorakılıq aparatından başqa bir şey deyil. Elə bu cür
fikirlərinə görə də filosofa cəhənnəm əzabı veriblər.
Hərdən dost-tanışlar mənim baxışlarımda ziddiyyətlər kəşf edirlər: “Əbülhəsən
müəllim, başa düşə bilmirik, Sizin kimi demokratik düşüncəli adam tez-tez
Stalini xatırlayırsınız, hətta böyük dövlət xadimi, məfkurə sahibi,
qabiliyyətli nəzəriyyəçi adlandırırsınız”x9d. Aydınlıq gətirirəm: ilk növbədə, ona
görə ki, Stalin “həyatın dibində”x9d çabalayan adamlara ən çox yazığı gələn,
onların yolunda canını xərcləyən şəxsiyyət olub. Sovetlərə rəhbərliyi dövründə
də elə bu səbəbdən fəhlədən, adi kəndlidən birqat soruşanda, “yuxarı”x9dda
oturanlardan, narkom və partiya katiblərindən, səlahiyyət sahiblərindən onqat,
yüzqat soruşub, əmək adamının cibinə girənin, xalqın malına göz dikənin yediyini
burnundan töküb. Ona ən yaxın adamlardan birinin xatirəsini vaxtilə oxumuşdum,
deyirdi: “Filmə baxırdıq, harınlaşmış birisi həyatında it əvəzi başından
zəncirlənmiş binəvanı, “cüzi adam”x9dı şallaqlayırdı ki, radius boyu daha da tez
qaçsın, üstəlik də, hürsün. Gördüm, yoldaş Stalin başını kitelin içinə çəkərək aşağıdan,
için-için ağlayır. O hönkürtüsünü boğmağa çalışırdı ki, ətrafdakılar heç nə
hiss etməsinlər, ancaq mən yaxında oturduğumdan hər şeyi gördüm. Belə səhnələri
sonralar da müşahidə etdim. Ümumiyyətlə, o, adi insanın faciəsinə çox həssas
idi, qətiyyən biganə qala bilmirdi”x9d.
Bəli, əziz “adi azərbaycanlı”x9dlar, bu səmimi hönkürtü böyük
şəxsiyyətin içini alt-üst edən haqsızlığa, ədalətsizliyə, vəhşiliyə qarşı
daxili üsyanının püskürtüsü idi, acgözlükdə, talançılıqda, qəddarlıqda,
daşürəklilikdə bütün sərhədləri keçmiş dəbdəbəli həyat sahiblərinin bugününə və
gələcəyinə hesablanmış qeyri-insani idarəetmə fəlsəfəsinin bilavasitə ictimai
praktikada qərarlaşmasına, təntənəsinə xidmət edən “Adam içində”x9d, “Öz aramızda”x9d
və sair səfeh şoularda riyakarcasına axıdılan göz yaşları deyildi. Bu, uzun
müddət vəzifələrindən sui-istifadə qaydasında yalnız ata-analarının əsərlərini
təkrar-təkrar çap edib “övladlıq borcu”x9dnu yerinə yetirənlərin tarixi
mədəniyyətimiz, kod yaddaşımız, üstəgəl, Xocalımız, Şuşamız naminə çəkdikləri
“ürək ağrıları”x9d da deyildi. Bu, yenə də, kimlərinsə şahzadəliyinə hesablanmış
mənfur idarəetmə fəlsəfəsinin hökmranlığı və verdiyi imkanlar şəraitində
pul-para ilə oğullarını “ne qodnıy”x9d çıxardan imkanlıların nə vaxtsa “Cıdır
düzündə”x9d, “Şuşa bulağında”x9d şadyanalıq
quracaqları anlar naminə nümayiş etdirdikləri nalə, zır-zırıltı da deyildi. Bu,
oğlunu hamıdan qabaq müharibəyə yollayan, feldmarşalı əsgərə, öz oğlu olsa da
belə, dəyişməyən, qızına özünün köhnəlmiş şinelindən, tərs üzünə çevirtdirib,
geyim tikdirən, ümumi rifah amalıyla, adi insan qayğısı ilə yaşayan
siyasətçi-dövlət xadimi-sərkərdənin Bəşəri Ədalət arzusundan, əzilən məzlumun
güzaranına ürəkyanğısından doğan hönkürtüsü idi. (Burada sovet idarəetmə
sisteminin mahiyyətindən, Stalinin rəhbər tutduğu və mən hələ 25 il bundan
öncə, “Mürəkkəblik. Zaman. Sinergetika”x9d adlı rus dilində çıxmış kitabımda, “dopinq nəzəriyyə”x9d adlandırdığım marksizmdən
danışmıram, çünki bunlar xüsusi yazı-söhbətin mövzusudur, nəzəriyyəçiliyə
varıb hörmətli oxucuları yormaq istəmirəm. Bir də ki, artıq kifayət qədər
yazmışam, istəyənlər tapıb oxuya bilərlər).
Həyatımın otuz ilini (həm də!) idarəetmə fəlsəfəsinin işlənməsinə
həsr etmiş şəxs kimi bir daha vurğulamaq istəyirəm: ictimai tərəqqi, ümumi
rifah və milli mənafe amalından qaynaqlanmayan, adi insanların, “xırda-para”x9d
kəslərin taleyini nəzərə almayan idarəetmə fəlsəfəsi, hörmətli Mətləb müəllimin
təbirincə desək, “çürük nəzəriyyə”x9ddir. Həmçinin, keçən əsrin 70-ci illərinin
sonundan mürəkkəb sistemlər nəzəriyyəsi ilə yaxından məşğul olan adam kimi onu
da gözəl bilirəm ki, yararsız idarəetmə fəlsəfəsi əsasında fəaliyyət göstərən
mürəkkəb sosial sistemi idarə etmək, tənzimləmək olduqca cətin, risqli və
müəyyən obyektiv-subyektiv amillər şəraitində hətta qeyri-mümkün olur. Ən azı ona görə ki, belə sistemdə özünütəşkil, özünüidarə başlanğıcları, qarşılıqlı
fayda verən sinergizm amilləri zəif olur və get-gedə daha da yoxa çıxır, eyni
zamanda, elə həm də bu səbəbdən, sistem günbəgün artan ictimai entropiya
(nizamsızlıq, destruksiya, korroziya, çürümə və s.) selinə düşür və özünün
xilası üçün böyük resurslar israf etməli, hər cür hiyləyə əl atır. Özünəməxsus
təbliğat-təşviqat qurur və casus-“seksot”x9d şəbəkəsini, təqib-cəza mexanizmlərini
gücləndirir, əldəqayırma elitanın, alqış deyən, zuy tutan, zurna-şeypur çalan “alim”x9d,
“sənətkar”x9d, “müğənni”x9d, “mədəniyyət xadimi”x9d, “incəsənət adamı”x9d, nə bilim,
ordenli-medallı, xüsusi təqaüdlü şair və yazıçılar dəstəsini yaradır, onların
təmtəraqlı yaşayışının təmin edilməsinə milyonlar xərcləyir, hüquq-mühafizə, polis,
ordu işçilərinin şirnikləndirilməsinə, onların maaş və pensiyalarının
başqalarından (“qara camaat”x9ddan) kəskin fərqlənməsinə qədər getməli olur.
Yazıq sistem neynəsin, yaşamaq istəyir axı. Bünövrəsindən kim ona
əməlli-başlı idarəetmə fəlsəfəsi vermişdi ki, indi də deyək: sistem naxələf
çıxdı, gül kimi nəzəri arsenalı qara qəpik yerinə qoymadı, özünü qanmaz dana
yerinə qoyub, böyələklənərək, oliqarxik kapitalizmin qloballaşan divarlarına
çırpdı!? Eldə deyilən kimi, evdə bişməyib, qonşudan gəlməyib, qarın, üzr
istəyirəm, beyin necə dolmalıdır? Tutalım ki, ingilisdən, almandan, fransızdan,
yapondan nəsə çırpışdırdıq və deyək ki, Allah bu oğurluğu bizə haram bilmədi,
bəs sonra? Axı, ağıllı şeyləri işlətmək üçün də ağıl, bilik lazımdır! Elə hey
oturaq deyək ki, çox-şox yüzilliklər bundan qabaq bizim İbn Sinalarımız,
Əbülhəsən Bəhmənyarlarımız, Nəsrəddin Tusilərimiz və başqa mütəfəkkirlərimiz
olub, Qərb, yaxşı nə varsa, Şərqdən götürüb, indi zəhmət çəkib borcumuzu
qaytarsın! Ə, bu boyda da başaqaxma olar? “Əli bərk”x9d Qərb bizə da-a-a nə
vermədi? ”“ “hüquqi dövlət”x9ddən tutmuş, müasir texnika-texnologiyaya qədər. İndi
baş sındırıb, veriləni (bir az ora-burasına əl gəzdirməklə!) mənimsəyib, iş
qurmaq əvəzinə düşmüşük bədbəxt erməninin üstünə - “lavaşı”x9d, yəni, yuxanı
(bizim tərəflərdə “fətir”x9d də deyirlər) sən yox, mən ixtira etmişəm. Bu “çox
aktual”x9d çəkhaçəki öz gözümlə seyr etmişəm ”“ rəsmi “Azərbaycan”x9d qəzetinin də
tənqid etdiyi (gözəl yazıdı, “Efirdən bizə toy tutub
özlərinə toy tutanlar”x9d adlı məqaləni deyirəm, sağ olsunlar!) telekanallarımızda!
Eşitmişəm, vətənpərvər bir sanballı kişinin vətənpərvər gəlini artıq bu mövzuda
dissertasiya işinə girişib. Uğurlar olsun, hər halda millətin dədə-baba
nemətinə tamarzı qaldığı bir vaxtda, yeməli şeydən yaz(dır)ır, at gənəsindən,
Amerikanın “ağ kəpənək qurdu”x9dndan, canım sizə desin, plüralizmin inkişaf
etdirilməsində seçkilərin rolundan, yaxud da prokurorluq işçilərinin sosial
müdafiəsinin konstitusion-hüquqi təminatlarından yaz(dır)mır.
İndi, gözəl insan, hörmətli Mətləb müəllim, özünüz nəticə çıxarın, elə
əvvəldən də ictimai entropiyanın hədsizliyindən əziyyət çəkən belə sistemi
dünyanın bu vaxtında, dediyim kimi, Armageddonun üstümüzə şığıdığı ərəfədə
idarə etmək, əldə saxlamaq məgər asandır? Siz, mən və ya başqası bu ağır, xüsusi
administrativ bilik, qabiliyyət və təcrübə tələb edən yükün altına girərikmi?
Yəqin ki, yox! Belə olan halda, mən hörmətli Ramiz müəllimə “ustad
administrator”x9d deyirəmsə, burada qeyri-obyektivlik nədədir? İstəyirsiz o da
əlini çəksin, dövlət gümbultu ilə biofizik cəbhəçi (indiki dönəmini deyirəm) Nürəddin
Məmmədlinin qucağına düşsün. Axı əzizim, bu gümbultunu 92-ci ildə eşitdik,
1993-cü ili “dövlət quruculuğu ili”x9d elan etsəniz də, ölkəni idarə edə
bilmədiniz, Gəncədən nərə güruldayan kimi əksəriyyətiniz pərən-pərən düşdünüz, icra
başçısı qoyduğunuz çəkməçi, pinəçi, bədən tərbiyə texnikumunu qurtarmış
hay-küyçülər, uzaqbaşı coğrafiya, biologiya, rəsmxətt müəllimləri qiyamçılarla
elə “rəşadətli”x9d mübarizə apardılar ki, birinin də burnu qanamadı. Görünür,
yuxarı postlarda oturanlar tərəfindən dəqiq, birmənalı iradə ortaya qoyulmayıb
və ekstremal situasiyada necə hərəkət etmək məsləhəti-göstərişi verilməyib, bu
çaşbaş qalmış məmurlar da, inciməsinlər, xanımlarının ağlı ilə hərəkət ediblər,
“Arvada qulaq asan kişinin başı salamat qalar”x9d-deyəsən, belə kəlam var. Bakıdan
güya qiyamı yatırtmağa ezam etdiyiniz bəylər də belə - iki-üç gün ərzində Surət Hüseynovun silahlıları
tərəfindən həbsə alındılar, can şirindir deyə, ata-babalarını minnətçi
saldılar, heç birinin ağlına da gəlmədi ki, son anda, özünü güllələsin, ümumən
hakimiyyətin üzünü ağ eləsin. Bəs, hay-həşir salan bir çox bəylərin millət qarşısında
üzərinə götürdüyü məsuliyyət, vicdan, şərəf hissi nə tez yox oldu! Elə
hay-həşirlə də getdi? Xeyr, Mətləb bəy, mən heç kimi məzəmmət etmirəm, bu, bir
milli faciədir, öz faciəmiz üzərində istehza, məzəmmət, gülüş yapmaq
şərəfsizlikdir. Faciəyə aparan səbəbləri araşdırarlar, nəticə çıxararlar. Heyf,
çox heyf idarəçilərin bacarıqsızlığından güdaza gedənlərdən, Tahir bəy kimi
canından keçənlərdən! Mən, Mətləb bəy, məhz bunların və Qarabağ uğrunda şəhid
olan qəhrəmanların ruhu, həmçinin yaralanan, əlil qalan oğul-qızlarımızın, bu
gün də hamımızın azadlığı və səadəti uğrunda səmimi, təmənnasız mübarizə
aparanların qarşısında baş əyirəm.
Mətləb bəy, ikinci dəfə, təkrarən həmin dırmığı ayaqlamağa dəyərmi?!
Özünüz demişkən, “indi nə olub”x9d, “yaxşılığa doğru nə dəyişib”x9d? Nəzəriyyə-konsepsiyadan
xoşunuz gəlməsə də, soruşuram: dövləti, əgər yenidən hakimiyyətə gəlsəniz,
hansı idarəetmə fəlsəfəsilə idarə edəcəksiz, fəaliyyətinizin zəminində
dayanmalı olan epistemoloji baza nədən ibarətdir? İdeya və prinsipləriniz,
təsəvvürlər sisteminiz hansıdır, varmı? Varsa, indiyə qədər bu xalqdan niyə
gizlədirsiniz, onu tapmaca qarşısında qoyursunuz? Yəqin ki, bilirsiz, az-çox
təyinatına cavab verən siyasətçi, xüsusən də hakimiyyətə gəlmək istəyən şəxs,
hər şeydən öncə çalışmalıdır ki, insanları qeyri-müəyyənlikdə, məchullar
qarşısında qoymasın, onların şüurunda bir aydınlıq yaratsın. Başqa sözlə desək,
nəzəri sistem yaratmalı, kitab-dəftər ortaya qoymalıdır (idarəçiliyin başqa
zəruri atribut-tələblərini, hələ ki, demirəm!). Ağız büzdüyünüz, yuxarıdan
aşağı baxdığınız Lenindən, Stalindən, lap elə Mao Tsedundan, Kastrodan,
həmçinin İngiltərəni, ABŞ-ı, Almaniyanı, Yaponiyanı qurub çiçəkləndirən
şəxsiyyətlərdən nümunə götürün. Elə dünyanın ən məşhur faşisti olan Hitleri
yada salın, hakimiyyətə 1933-cü ildə gəlsə də, artıq on il qabaq “Mənim
savaşım”x9d kitabını almanlara çatdırmışdı.
Hər halda, Sizlərin elm naminə yox, heç olmasa, siyasət xatirinə,
yəni, hörmətli İlyas müəllim demiş, millətin taleyi naminə belə yaradıcılığınız
baş tutsaydı, mən bilərdim, çünki bu mövzular da tədqiqtlarımın predmeti olub.
Kitab bir yana qalsın, belə elmi-nəzəri iş aparsaydınız, əsərlərimi
oxumasaydınız da, müraciət edərdiniz, canlı ünsiyyətə can atardınız. Əfsuslar
ki, bunu da görmədim. Başınız gənclərə “A-zad-lıq!”x9d, “İs-te-fa! hayqırtmaq
məşqinə qarışıb. Bağışlayın, mən bilmirdim ki, Sizlər Aristoteldən dərs alan İsgəndərdən,
Spinozadan öyrənən Birinci Pyotrdan, Volteri oxuyan Yekaterinadan, Laqranj və
Lejandrdan riyaziyyatı mənimsəyən Napoleondan qat-qat yüksəklərdə durursunuz,
Nobel mükafatı laureatı, nəzəriyyəçi-fizik Mürrey Gell-Manndan məsləhət alan İngiltərə
kraliçası Yelizavetanı özünüzə tərəf-müqabil saymırsınız. O vaxtlar Azərbaycana
gəlmiş, bəylərlə görüşmüş, onların davranış-danışıq ədasını görmüş dünyanın
birinci ledisi sonralar bir daha odlar diyarına üz çevirmədi, birdəfəlik
“Əlvida, Azərbaycan!”x9d dedi. Bu azmış kimi, xarici işlər naziri qoyduğunuz fizik
artıq 93-cü il qiyamından sonra, heç bir məsuliyyət hissi keçirmədən,
orda-burda deyirdi və yazırdı: “Bilsəydik ki, belə olacaq, elə Mütəllibovu
ingilis kraliçası qismində vəzifədə saxlayardıq”x9d. Dərindən fikirləşin, cənab
Mətləb bəy, cümləsinin nə məzmun-mahiyyət, başqa şəxsiyyətlərə qarşı hansı
təhqir yükü daşıdığını bilməyən “diplomat”x9d Azərbaycan üçün hansı əlverişli
münasibətlər qura bilərdi? Bütün bu deyilənləri və deyilməyənləri necə
adlandıraq? Siz deyin, biz də o addan istifadə edək. “Cəbhəçilik xəstəliyi”x9d
xoşunuza gəlmir, demərəm! Özünüz bilərsəniz, durub heç nədən dava edəsi deyiləm
ki! Hələlik bu qədər.
Sizi daha çox maraqlandıran Çıxış Yolu barədə (baxmayaraq ki, əsasən,
əvvəlki əsərlərimdə yazmışam!) mənim
düşüncələrim isə sonraya qalsın, əziz oxucuları yormayaq.
Hörmətlə, Əbülhəsən Abbasov. 14.04.2015.


































































































