Qara dənizdə 9 azərbaycanlı xilas edilib

Hazırda oxunan: Qara dənizdə 9 azərbaycanlı xilas edilib

75136
“Dənizdə onların mindiyi qayığın mühərriki xarab olub”x9d.

Gürcüstan Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Fövqəladə Hallar Agentliyinin xilasediciləri Qara dənizdə gəzintiyə çıxan 9 nəfəri xilas ediblər.

Moderator.az APA-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Xilasedicilər 9 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlını, o cümlədən üç nəfər yetkinlik yaşına çatmayan yeniyetməni xilas ediblər.
xa0
Xilas olan şəxslər Batumidə mühərrikli gəzinti qayığına oturub dənizə gəzməyə çıxıblar.xa0

“Dənizdə onların mindiyi qayığın mühərriki xarab olub. Nəticədə vətəndaşlar onlara kömək göstərilməsini xahiş ediblər. Xilasedicilər qrupu vaxtında köməyə yetişib və xüsusi əməliyyat nəticəsində onlar sağ-salamat sahilə gətirilib”x9d, nazirliyin mətbuat xidmətindən bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin