"Azərbaycandakı ermənilər bütövlükdə potensial təhlükə mənbəyi deyil, amma..."

Hazırda oxunan: "Azərbaycandakı ermənilər bütövlükdə potensial təhlükə mənbəyi deyil, amma..."

75087

ASALA erməni terror təşkilatının ölkəmizə qarşı təhdidləri artdıqca Azərbaycandakı erməni toplumu məsələsi də aktuallıq əldə edir.

ASALA, eləcə də  Ermənistan və Rusiya xüsusi xidmət orqanları Azərbaycanla bağlı məkrli niyyətlərini reallaşdırmaq üçün ölkəmizdəki ermənilərdən istifadə edə bilərmi? Ümumiyyətlə, Azərbaycandakı ermənilər ölkəmiz üçün potensial təhlükə kimi qiymətləndirilməlidirmi?

Bununla bağlı Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl hesab edir ki, erməni toplumuna potensial təhlükə mənbəyi kimi baxmasa da, onların içərisində ayrı-ayrı potensial təhlükə mənbələrinin olması istisna deyil və bu amil daim diqqət mərkəzində olmalıdır:

"Toplum olaraq onlar potensial təhlükə deyil. Lakin onların içərisindən potensial təhlükə mənbəyi olan şəxslər ola bilər. Siz hesab edirsiniz ki, "Montinburg"da Andranikin şəklinin vurulması təsadüfdir? Əsla. Əgər xüsusi xidmət orqanları bu məsələni sona qədər araşdırsalar, bunun köklərinin düşündüyümüzdən də uzaq və ya fərqli istiqmətlərə getdiyini görərlər. Ola bilsin ki, bunun kökləri Ermənistana qədər uzansın. Ola bilsin ki, bunun arxasından Azərbaycan vətəndaı olan hansısa erməni çıxsın. Ola bilsin ki, bu, hansısa xarici dəstənin işi olsun və s".

İ.İsmayılın qənaətincə, istənilən halda ayıq-sayıq olmaqda fayda var:

 "Bir daha deyirəm ki, birmənalı demək mümkün deyil ki, erməni millətindən olan bütün Azərbaycan vətəndaşları potensial terrorçudur. 30 min varsa, onların içində hansısa terror əməlini reallaşdırmaq üçün sadəcə bir nəfər lazımdır. Bu bir nəfərin həmin 30 minin arasından çıxması isə mümkündür. Bu səbəbdən də bildirirəm ki, terror məsələsində heç nə sıfıra bərabər deyil. 30 minin hamısı terrorçu deyil. Amma biri ola bilər. Onlardan bir nəfər terrora meyl edə bilər. Bu səbəbdən də ayıq-sayıq olmaz lazımdır".

 

Seymur Əliyev

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin