Bugünlərdə ölkə başçısı Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbəri Xanlar Vəliyevi növbəti 5 il üçün bu vəzifəyə təsdiqlədi. Bundan sonra qarşıdakı 5 il üçün də ordudakı neqativ olayların araşdırılması X.Vəliyevin rəhbərliyi altında həyata keçiriləcək.
Maraqlıdır,
X.Vəliyevin növbəri dəfə bu posta təsdiqlənməsi hərbi ekspertlər tərəfindən necə
qiymətləndirilir? Onların X.Vəliyevlə bağlı gözləntisi nədən ibarətdir?
Bununla
bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər”x9d İctimai Birliyinin rəhbəri,
hərbi ekspert Üzeyir Cəfərov, ölkə başçısının X.Vəliyevə göstərdiyi etimadın hərbi
prokurorun üzərinə ciddi məsuliyyət qoyduğuna diqqət çəkdi:
“Mən hər
zaman dövlət başçısının kadr seçimlərinə hörmətlə yanaşmışam və onun Xanlar Vəliyevin
növbəti 5 il üçün hərbi prokuror vəzifəsinə təsdiqlənməsi ilə bağlı qərarına da
sayğı ilə yanaşıram. Başqa cür ola da bilməz. Amma bir keçmiş peşəkar hərbçi
zabit kimi onu deyə bilərəm ki, hərbi xidmətdə olmanın son yaş həddi ilə əlaqədar
dövlət başçısı yenə də ədliyyə general-leytenantına etimad göstərdi və ona növbəti
5 il ərzində də səlahiyyətlərinə davam etdirmək şansını tanıdı. Tam səmimi və
ciddi olaraq onu demək istəyirəm ki, Respublika Hərbi Prokurorluğu və bu mühüm
qurumun kollektivi, xüsusən də rəhbərliyi hələ də üzərinə düşən vəzifələri tam
şəkildə əhatə edə bilməyib. Yəni, görüləsi işlərin sayı hələ çoxdur. Doğrudur,
güc strukturlarının sıralarında hərbi sahə ilə bağlı cinayətkarlıqla mübarizədə
xeyli işlər görülüb və görülür. Amma hesab edirəm ki, təəssüflər olsun ki, bu
gün də ordu sıralarında hələ yetərincə öz vəzifələrindən sui-istifadə edən,
rüşvətxorluq və korrupsiya əməllərinə yol verən yüksək rütbəli şəxslər var.
Onların ifşa edilib məsuliyyətə cəlb edilməsi üçün işlərin sürəti
artırılmalıdır”x9d.
Ü.Cəfərov
bəzi təkliflər də səsləndirdi:
“Baş prokurorun müavini kimi, həm də
Respublikanın hərbi prokuroru kimi Xanlar Vəliyev bundan sonra da ölkə
başçısının ona göstərdiyi etimadı dogrultmaq üçün gecə-gündüz çalışmalıdır. Məsələn,
hərbi prokuror kimi yalnız bu illər ərzində ötən aylarda ilk dəfə əsgərlərin
yanına səngərlərə getməsi və birbaşa şəxsi heyətlə ünsiyyətdə olması, hesab
edirəm ki, çox yaxşı addım sayıla bilər. Eyni zamanda hesab edirəm ki, daha
yaxşı olardı ki, belə təmaslar Müdafiə Nazirliyinin rəhbər şəxslərinin iştrakı
olmadan həyata keçirilməlidir. Və ümumiyyətlə belə görüşlərin sayı daha çox və
bütün SQ üzrə keçirilsə, yerlərdəki komandir və rəsilər vəzifə borclarının
yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşarlar”x9d.
Seymur
Əliyev
































































































