Bugünlərdə ASALA terror təşkilatı Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibəti ilə keçiriləcək tədbirdə iştirak üçün dəvət alan ölkələri, eləcə də Azərbaycanı hədələyib. Terror təşkilatı 24 aprel tarixində keçiriləcək mərasimdə iştirak edəcək dövlətlərin terrarktlara məruz qalacağını bildirib.
Çanaqqala zəfərinin
100-cü ildönbümü münasibəti ilə keçiriləcək tədbirlərdə iştirakı şübhə
doğrumayan bir neçə dövlət var ki, bunlardan da biri Azərbaycandır. Heç şübhə
yoxdur ki, cari ilin 24 aprel tarixində rəsmi Bakı Ankarada kifayət qədər
sanballı nümayəndə heyəti ilə təmsil olunacaq ki, bu da ASALA terror təşkilatının
terror hədəsinə yaşıl işıq yandırmaq deməkdir.
Maraqlıdır, Azərbaycan
tarixdə kifayət qədər qanlı terror olaylarına imza atan ASALA terror təşkilatının
təhdidini ciddiyə almalıdırmı? Bu gün ölkənin hüquq-mühafizə orqanları zəngin
terrorçuluq təcrübəsinə malik təşkilatların terrakt cəhdlərinin qarşısını
alacaq səviyyədədirmi? ASALA Azərbaycana münasibətdə bu hədələri reallığa çevirə
bilərmi?
Bununla bağlı
Moderator.az saytı və “Hürriyyət”x9d qəzetinə açıqlama verən Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr
müavini, millət vəkili Aydın Mirzəzadə ASALA-nın məlum açıqlamasını erməni
millətçiliyinin mahiyyətini açan növbəti fakt kimi dəyərləndirdi: “ASALA özünün
terrorçu mahiyyətini, erməni milliyyətçiliyinin əsl üzünü bu bəyanatla bir daha
sübut etmiş oldu. Bu gün dünyanın terrora qarşı aşkar və qəti şəkildə neqativ münasibət
ortaya qoyduğu bir zamanda erməni millətçilərinin terror dilində danışması
onların əsl mahiyyətini bütün dünyaya bir daha göstərmiş oldu”x9d.
Azərbaycanda təhlükəsizlik
məsələlərinə ciddi önəm verildiyinə diqqət çəkən millət vəkili, ASALA terror təşkilatının
hədəsindən çəkinmək üçün heç bir əsasın olmadığını bildirdi. A.Mirzəzadənin
sözlərinə görə, Azərbaycan istənilən terror təşkilatının terrakt cəhdini
zamanında almağa və bu cür təşkilatları neytrallaşdırmağa qadirdir:
“Təhlükəsizlik məsələsinə gəlincə, qeyd etmək
lazımdır ki, Azərbaycanda təhlükəsizlik hər zaman yüksək səviyyədə qorunub.
Bunun nəricəsidir ki, Azərbaycanda hər bir vətəndaş həm öz mənzilində, həm də
ictimai yerlərdə özünün tamamilə təhlükəsiz hiss edir. Bu, həm bizim vətəndaşlara,
həm də Azərbaycanda yaşayan xarici vətəndaşlara aiddir. Yalnız ASALA-nın deyil,
istənilən terror təşkilatının Azərbaycan daxilində hansısa terrakt aktı törətməsi
qeyri-mümkün olan bir məsələdir. Azərbaycanda dövlətçilik və onun əsasları
kifayət qədər ciddi şəkildə qorunub və bu gün də qorunmaqdadır”x9d.
A.Mirzəzadənin qənaətincə,
ASALA-nın bu açıqlaması digər ölkələrdə də onun əleyhinə işləyəcək:
“Hesab edirəm ki, ASALA terror təşkilatının bu
bəyanatına xaricdə də ciddi şəkildə yanaşacaqlar. Terror olaylarının baş verməsi
üçün gərəkli olan müvafiq tədbirlər həyata keçiriləcək”x9d.
Seymur Əliyev



































































































