Nemtsovun qətlinə səbəb olduğu deyilən sənəd bu ay açıqlanacaq

Hazırda oxunan: Nemtsovun qətlinə səbəb olduğu deyilən sənəd bu ay açıqlanacaq

74539
Moskvada qətlə yetirilmiş rusiyalı siyasətçi Boris Nemtsovun Rusiya hərbçilərinin Ukraynanın cənub-şərqindəki konfliktdə iştirakı barədə hesabatı aprelin sonunadək açıqlanacaq. Musavat.com-un məlumatına görə, bu barədə BBC radiosuna Nemtsovun yaxın silahdaşı İlya Yaşin bildirib. 

“Ümid edirəm ki, aprelin sonuna kimi biz məruzəni bitkin şəklə salacaq və Rusiya vətəndaşları arasında yaya biləcəyik. Biz Ukrayna ərazisində Rusiya silahlı birləşmələrinin mövcudluğu barədə Qərb auditoriyasını inandırmağa hazırlaşmırıq. Onlar və ukraynalılar üçün bu, yenilik deyil. Rusiya vətəndaşları üçünsə məruzədəki məlumatlar xeyli dərəcədə kəşf olacaq”x9d ”“ deyib Yaşin.

Onun sözlərinə görə, “Putin. Müharibə”x9d məruzəsinin yekunlaşdırmaq yönündə çalışan kollektiv Kiyevə gedərək, orada əlavə materiallar əldə edəcək.       

Qeyd edək ki, Kreml Rusiya birləşmələrinin Ukraynadakı konfliktdə iştirakını danır.    

Boris Nemtsov bu il fevralın 27-cən 28-ə keçən gecə Moskvada qətlə yetirilib. Qətlim motivlərindən biri kimi, Nemtsovun sözügedən hesabatı açıqlamağa hazırlaşması göstərilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin