Fərəc Quliyev: Tendensiya belə davam etdirilməlidir

Hazırda oxunan: Fərəc Quliyev: Tendensiya belə davam etdirilməlidir

74524
“İqtidar-müxalifət dialoqunun 2 aydan bir keçirilməsi razılaşdırılıb, ancaq əlahiddə bir məsələ ortaya çıxdığı təqdirdə bu görüşün müddəti tezləşdirilə də bilər. Dialoqun vaxtından əvvəl keçirilməsi üçün tərəflərdən birinin təklifi də ola bilər”x9d. 

Bu sözləri Moderator.az -a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib.

Onun sözlərinə görə, hələ ki tərəflərdən heç biri görüşün tez keçirilməsi üçün təklif irəli sürməyib: “Görüşlərin keçirilməsi çox əhəmiyyətlidir. Mən hesab edirəm ki, bu dialoqda Dağlıq Qarabağ münaqişəsi, xarici basqılarla bağlı bir çox məsələlərin müzakirəyə çıxarılması müsbət haldır. Ümumiyyətlə, müzakirə olunan məsələdən asılı olmayaraq tərəflərin bu ikitərəfli görüşdə iştirakı xeyli əhəmiyyətlidir. Fikrimcə, münasibətlər sivil qaydada qurulursa, məsələlər meydanlarda səs-küylə yox, masa ətrafında çözülürsə, hər bir problemlə bağlı iqtidar və müxalifət bir-birini dinləyərək real axtarışda olurlarsa və məsələlərə proqmatik yanaşılırsa bu həmin dialoqun əhəmiyyətindən xəbər verir. Düşünürəm ki, bu tendensiya bu cür davam etdirilməlidir”x9d.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin