ADİU ilə Koç Universiteti əməkdaşlığa başlayır

Hazırda oxunan: ADİU ilə Koç Universiteti əməkdaşlığa başlayır

74519
Aprelin 7-də Türkiyənin Koç Universitetinin rektoru, professor Umran Savaş İnan Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) olub.

ADİU-nun rektoru, professor Ədalət Muradovla görüşdə birgə iqtisadiyyat və biznes profili üzrə doktorantların yetişdirilməsi, ADİU-nun İngilis Dilində Tədris Mərkəzi, “SABAH”x9d Qrupları və “İnnovativ Biznes-İnkubator”x9d ilə Koç Universitetinin müvafiq strukturları arasında əməkdaşlıq əlaqələrinin qurulması imkanları müzakirə edilib.

ADİU-nun professor-müəllim heyəti ilə görüşdə Umran Savaş İnan Koç Universiteti haqqında geniş məlumat verib, ali tədris prosesindəki innovativ tendensiyalardan danışıb. Doktorantların elmi fəaliyyətə cəlbi istiqamətində həyata keçirilən layihələr barədə məlumat verib. Müəllimləri maraqlandıran sualları cavablandırıb.

Sonda Azərbaycan Dövlət İqtisad Universiteti ilə Türkiyənin Koç Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədə görə iki universitet birgə elmi-tədqiqat işləri üzərində əməkdaşlıq edəcək, strateji layihələr hazırlayacaq və ikitərəfli müəllim-tələbə mübadiləsi həyata keçirəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin