Külək Bərdəni viran qoydu - elektrik enerjisi kəsildi

Hazırda oxunan: Külək Bərdəni viran qoydu - elektrik enerjisi kəsildi

74162
Bu gün səhər saatlarından başlayan güclü külək nəticəsində Bərdədə aşan yüksək gərginlikli elektirk dirəyi məcburi köçkünün məskunlaşdığı evin üzərində düşüb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumatına görə, evin dam örtüyü dağılıb. 

Güclü külək 10-a qədər irigövdəli ağacı da kökündən çıxarıb. Rayonun Ü. Hacıbəyov küçəsində yerləşən çayxanalardan birinin ərazisində aşan irigövdəli ağac yaxınlıqdakı insanların bir neçə metrliyinə düşüb.

Rayonun bir hissəsinə elektrik enerjisinin verilməsi dayandırılıb. Zümürxan kəndi ərazisində aşan 10 kvluq elektirk dirəyi Ağdam rayonundan məcburi köçkün olan Loğman Həsənovun evinin üzərinə düşüb.

Ev sahibi deyir ki, həmin vaxt xətdə gərginlik olsaydı daha böyük faciyə baş verə bilərdi.

Rayon fövqəladə hallar komissiyası təbii fəlakət baş vermiş ərazidə aşmış ağac və elektrik dirəklərinin yollardan təmizlənməsi işinə başlayıb. Hazırda dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.

Rayon İcra Hakimiyyətindən onu da bildiriblər ki, rayonun bir hissəsində elektik enerjisinin verilişinin dayandırılması təhlükəsizlik tədbirləriylə əlaqəlidir.

Hazırda yaranmış problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.





















© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin