Elman Rüstəmov yenidən Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçildi
Moderator.az xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb. Cari məsələlərin müzakirəsi zamanı söz alan deputat Fəzail Ağamalı dedi ki, Azərbaycanda gözlənilən Avropa Yay Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı böhtan, şər kampaniyası artır: “Eyni zamanda hesab edirəm ki, bu böhtan, şər kompaniyası Avropa Yay Oyunlarınn keçirilməsinə mane olmaq gücündə deyil. Biz Avrovision-da da belə halların şahidi olduq. Anti-Azərbaycan koalisiyasında yer alan antimilli qüvvələr Azərbaycana qarşı kanmpaniyada yer alır”x9d. F.Ağamalı deputatlara və mətbuata müraciətlə Azərbaycana qarşı yönəlmiş kampaniyaya qarşı ciddi fəaliyyətə çağırdı.
Zahid Oruc diqqəti 22 martda ağ bayraq qaldırıb Azərbaycan tərəfə keçmiş erməni əsgərə cəlb edib: “Andronik Qriqoryan dedi ki, bura keçmək istəyən çoxlu sayda insan var, amma burda onları nə gözlədiyini bilmədikləri üçün cəsarət etmirlər. Biz Ermənistan bir, Qarabağ ermənilərinə başqa siyasət yürütməliyik. Nəzərə almalıyıq ki, hələ də silahlı əməliyyatda iştirak etməyən ermənilər var. Sabah ağ bayraq qaldıran növbəti erməniləri, O biri gün Azərbaycan konstitusiyasını qəbul edən erməniləri qəbul etməyə hazırıqmı? Ona görə də Azərbaycan Qarabağ ermənilərini Ermənistanın avantürasından xilas etməlidir”x9d.
Fazil Mustafa 24 apreldə İrəvanda yalançı erməni soyqrımının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcəyini dedi: “Biz 24 aprelə öz cavabımızı verməliyik. Türkiyə hökuməti bu istiqamətdə ağıllı addım atdı. Mən təklif edirəm ki, biz də 24 apreldə Çanaqqala zəfərinin 100 illiyini bayram edək. Bu, həm Türkiyə ilə həmrəylik olacaq, həm də soyqrıım iddialarına cavab olacaq. Almanlarla müharibəni bayram etdiyimiz kimi, Azərbaycanın şəhid verdiyi Çanaqqala zəfərini də bayram etmək olar. Çanaqqalada Azərbaycan mindən artıq şəhid verib”x9d. F.Mustafa iki ölkənin Qarsda birgə hərbi təlimlərini keçirməyə də çağırıb.
İqbal Ağazadə prezidentin verdiyi əfv fərmanına diqqət çəkdi: “Siyasi məhbuslardan 4-ü azad olundu. Çox istərdik ki, bu say artırılsın, Azəerbaycanın dostu olmayanlar bu faktdan istifadə etməsinlər. Ona görə də Yay Avropa Oyunları öncəsi böyük amnistiya verilməsini istərdik. Bu halda Azərbaycana qarşı kimlərsə istifadə edə bilməz. Avropa Məhkəməsinin ilqar Məmmədov və başqaları ilə bağlı qərarının yerinə yetirilməsi daha geniş üfüqlər açır”x9d.
İ.Ağazadə dedi ki, Andronikə vətəndaşlıq pasportu vermək lazımdır: “Ermənilərə müraciət etmək lazımdır ki, kim istəyirsə, buyurub keçsin, təhlükəsizliyi təmin ediləcək. Azərbaycan dövləti buna zatən hazırdır, bunu dəfələrlə bəyan edib. Azərbaycanda milli ayrıseçkiliklə bağlı problem yaşanmır. XİN, DİN, MTN bununla bağlı müraciət qəbul etməlidir ki, hətta vaxtı ilə döyüşlərdə iştirak etmiş adamlar səhvlərini başa düşüb bu tərəfə keçsələr, onlar məsuliyyətdən azad ediləcək”x9d.
Oqtay Əsədov isə “Qorxuram hamısı qaçqın statusu almaq üçün bura gəlsinlər”x9d dedi.
Elmira Axundova dedi ki, yay vaxtına keçidlə əlaqədar insanların səhhətində ciddi problemlər yaradıb: “Artıq gecdir, Rusiyada olduğu kimi biz də birdəfəlik bu məsələni həll etməliyik”x9d. E.Axundova Bakcellin “Ulduz olun”x9d reklamından şikayətləndi və bildirdi ki, məktəblilərin telefonlarına gələn mesajlar insanların ailə büdcəsinə də ziyan vurur. Deputat dedi ki, Bakcell bu məsələyə qon qoyulmasa, onlar məhkəməyə veriləcək.
Spiker Reklam haqqında qanunun müzakirə olunacağını deyib bu məsələni daha da sərtləşdirməyə çağırdı. Bu zaman xanım deputatın müdaxiləsi spikeri əsəbləşdirdi və ona sərt reaksiya verdi: “İnteresni adamdı e”x9d.
Xanhüseyn Kazımlı Türkiyə-Azərbaycan birliyini təqdir etdi, ermənilərin törətdiyi soyqırıma qarşı birgə mübarizəni zəruri saydı.
Məlahət İbrahimqızı bildirdi ki, bəzi rayonlar istisna olmaqla yas mərasimləri artıq əsl İslam ənənələrinə uyğun keçirilir: “Naxçıvan bir nümunədir”x9d. M.İbrahimqızı dedi ki, xeyir işlərlə bağlı da parlamentin qanun qəbul etməsini təklif etdi: “Bu gün Azərbaycanda mümkün deyil ki, vətəndaş övladına öz büdcəsinə uyğun məclis keçirtsin”x9d.
O.Əsədov dedi ki, Milli Məclis belə bir qanun qəbul edə bilməz, etməyib də: “Qanun qəbul edə bilmərik ki, sən menyunu belə yaz. Bu, insanların düşüncəsi, şüuru ilə həll olunası məsələdir”x9d.
Qənirə Paşayeva F.Mustafanın Çanaqqala zəfəri ilə bağlı təklifinə dəstək verdi: “Cənab prezident də 24 apreldə Çanaqqala zəfəri ilə bağlı Türkiyədəki tədbirə qatılacaq. Çanaqqala zəfərinin Azərbaycanda da yüksək səviyyədə keçirilməsi zərurudir, ümid edirəm ki, bu, həyata keçəcək”x9d.
Q.Paşayeva Reproduktiv sağlamlıq haqqında qanun layihəsini də bir daha gündəmə gətirdi: “Azərbaycanda sonsuzluq 15 faizə çatıb. Boşanmaların 50 faizə qədəri övlad dünyaya gəlməməsi səbəbindən baş verir”x9d. Xanım deputat yaxın zamanlarda bu qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasını təklif etdi.
Əhməd Vəliyev Qazax rayonun 7 kəndinin düşmən tərəfindən işğal olunduğunu, 5 kəndinin daimi atəş altında qaldığını deyib rayonun durumundan danışdı: “Bu günlərdə rayonda 5 mərtəbəli binalardan ibarət şəhərciyin salınmasına başlanılıb”x9d.
Komitə sədri Ziyad Səmədzadə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə yenidən namizədliyinin təsdiq olunmasına çağırdı. Spikerin də dəstəyindən sonra səsvermə keçirildi və təsdiqləndi.
































































































