Azərbaycanda polis rəisinin oğlu cəzalandırıldı

Hazırda oxunan: Azərbaycanda polis rəisinin oğlu cəzalandırıldı

74008
Qarayevin vəzifəsi azaldıldı.

Azərbaycanda polis rəisinin oğlu cəzalandırılıb.

Moderator.az xəbər verir ki, bu barədə “Report”x9da hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin baş müstəntiqi polis mayoru Bəkir Qarayev apardığı cinayət işlərinin istintaqını həyata keçirərkən nöqsanlara yol verdiyinə görə, işdən çıxarılaraq daha aşağı vəzifəyə təyin edilib.

Daxili əmrə əsasən, B.Qarayev Xətai RPİ-nin 37-ci Polis Bölməsinə əməliyyat müvəkkili təyin olunub.

Qeyd edək ki, keçmiş müstəntiq B.Qarayev Ağdaş Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Qabil Qarayevin oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin