Qüdsi Osmanov barəsindəki iddiaları uydurma adlandırdı...

Hazırda oxunan: Qüdsi Osmanov barəsindəki iddiaları uydurma adlandırdı...

73817
Bu gün erməni KİV-də yazılan, güya idmançımız Bəxtiyar Abbasova görə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və səlahiyyətli səfirinin müavini Qüdsi Osmanovun ermənilərdən üzr istəməsi ilə bağlı şərhə elə səfir müavininin özü facebook səhifəsindəki açıqlamasında münasibət bildirib. 

Qüdsi Osmanov açıqlamasında erməni KİV-də yazılan məlumatların uydurma olduğunu bildirib:

"Son zamanlar Azərbaycan KİV-də Sambo güləşi üzrə idmançımız Bəxtiyar Abbasovun erməni himninə göstərdiyi münasibət geniş müzakirə olunur. 
Sözü gedən tədbirdə digər yüksək qonaqlar, o cümlədən Rusiya Dövlət Dumasının deputatları, tanınmış nüfuzlu idman xadimləri ilə birlikdə prezidiumda əyləşmişdim. Digər çəki kateqoriyaları üzrə yarışlarda birinci yer tutan idmançının təmsil etdiyi dövlətin himni səsləndirildiyi zaman prezidiumda əyləşən qonaqlar və bütün digər iştirakçılar ayağa qalxırdı. Təbii bizim idmançımızın məğlubiyyəti məni məyus etdi. Hətta yanımda əyləşən keçmiş sambist, tanınmış siyasi-ictimai xadim Aslanbek Aslaxanov Bəxtiyar Abbasovun layiqli döyüşçü olduğunu vurğulayaraq, təəsüf etdi ki Bəxtiyar uduzdu. Nəticədə bizim idmançımız 3-cü yer, erməni idmançı isə 1-ci yer tutdu. İdmançılar mükafatlandırılmaq üçün meydana dəvət olunarkən mən prezidiumu tərk etdim.
Tədbirdən sonra ziyafətdə, bir çox nüfuzlu qonaqlar mənə yaxınlaşıb Bəxtiyar Abbasovun erməni himni səslənən zaman oturduğunu danışdılar və mənim oranı tərk etməyimi gedib Bəxtiyara məsləhət verməyim kimi qiymətləndirdilər. Cavab olaraq onlara söylədim ki, idmançını görmədim və mənim oranı tərk etməyim və onun hərəkəti aramızda razılaşdırılmamışdır. Həmçinin söylədim ki, "O ki qaldı Ermənistan dövlətinə, bu dövlət və onun rəhbərliyi Azərbaycan xalqına qarşı böyük cinayətlər törədib, aqressor dövlət olaraq 20% torpaqlarımızı işğal edib, 1 million qaçqınlarımız doğma yerlərindən didərgin düşüb, 100 il ərzində Qərbi Azərbaycandan -doğma yurdlarından planlı şəkildə azərbaycanlılar qovulub və Azərbaycan torpaqları ərazisində Ermənistan dövləti yaradılıb". Həmçinin onlara Xocalı soyqırımını xatırlatdım. BMT-nin Təhlükəsizlik Şurasının hələ də 4 qətnaməsinin yerinə yetirilmədiyini, Rusiyanın Erməni-Azərbaycan münaqişəsinin həlli yolunda apardığı cəhdləri erməni tərəfi puça çıxartdığını qarşı tərəfə söylədim. Sonda qeyd etdim ki, "himn hər bir ölkənin rəsmi simvoludur, Ermənistanın isə Azərbaycana qarşı aqressor dövlət olmasını nəzərə alaraq, mən oranı tərk etdim". O ki qaldı üzr istəmək məsələsinə, bu erməni KİV-nin növbəti uydurmasıdır. 
Sözü gəlmişkən, bu gün xalqımız bütün dünyada, o cümlədən biz səfirliyimizdə, 31 mart ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım gününü geniş şəkildə qeyd edirik."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin